Poqba yığmanın heyətinə yollanmayacaq

Pol Poqba
Paylaş:

Sky Sports xəbər verir ki, Pol Poqba Fransa yığmasının Hollandiya və Uruqvay komandaları ilə qarşılaşmalarına aparılmayacaq.

Fransız yarımmüdafiəçi zədələnib, hansı ki, onu Mançester derbisində də iştirak etməsinə əngəl törətdi və bu səbəbədən Didye Deşam öz qərarını dəyişməli oldu.

“Siti” ilə oyundan qabaq Joze Mourinyo deyib ki, Poqbanın problemi “Yuventus”la oyunda başladı, lakin Pol meydanı tərk etmədi.

“Pol zədəlidir və o, bu zədə ilə Turində oynadı. O, vəziyyətinə qarşı çıxdı və ona müqavimət göstərə biləcəyini hiss elədi. O, başa düşürdü ki, komandanı İtaliyada necə bir vacib matç gözləyir və o, bu fədakarlığı bizim üçün etdi, amma bu zədə onu derbidə iştirak etməsinə maneə yaratdı” – deyə Joze bildirmişdi.


Mənbə: Sky Sports

0 comments