Antoni Marsial zədələnib

Antoni Marsial
Paylaş:

“Mançester Yunayted”in klub saytı xəbər verir ki, Antoni Marsial zədə səbəbi ilə Fransa millisinin iştirak ərizəsindən çıxarılıb.

Fransa milli komandasının baş məşqçisi Didye Deşam son zamanlar çox yaxşı formada olan Antoni Marsialı uzun müddət sonra yenidən millinin düşərgəsinə dəvət etmişdi. Lakin bir az əvvəl dərc olunan xəbərdə bildirilib ki, Marsial qasıq nahiyəsindəki zədə səbəbindən milli komandanın iştirak ərizəsindən çıxarılıb.

Qeyd edək ki, Mançester derbisini buraxan Pol Poqba da zədə səbəbindən Fransa yığmasının heyətinə yollanmayıb.


Mənbə: manutd.com

0 comments