Joze: “İlk dördlük üçün mübarizə aparacağıq”

Joze Mourinyo
Paylaş:

“Mançester Siti” ilə oyundan sonra jurnalistlərə müsahibə verən Joze Mourinyo komandasının qarşıdakı oyunlarda ilk dördlüyə qayıtması üçün güclü mübarizə aparmalı olduğunu deyib.

Premyer Liqada “Mançester Yunayted” hazırda 20 xalla 8-ci pillədə qərarlaşıb. Liderdən 12 xal geridə olan komandamızın baş məşqçisi dünən verdiyi açıqlamalarında komandasını Top-4-lük üçün vuruşmağa çağırıb:

“12 xal fərq var. Düşünürəm ki, komandamız çox artırıb. Hətta bu gün 3 qol buraxsaq da, fikrimcə, müdafiə anlamında müsbət performans oldu – individual səhvlər istisna”.

“Mövsüm başlayandan bəri arxa xəttimizin etdiyi səhvlər ucbatından çoxluca qollar buraxmışıq, bunu deməliyəm. Bu günün mövzusu bu deyildi. Etdiyimiz bir çox səhvlərə görə rəqiblərə xallar vermişik, amma bilirsiniz ki, mövsüm başlayandan bəri potensial fərqi var”.

“Bilirik ki, ötən mövsümü 2-ci pillədə bitirməyimiz bizim üçün fantastik bir nəticə idi. Bu mövsüm isə ilk dördlüyə düşmək üçün mübarizə aparacağıq və edəcəyimiz şey də budur. Kənardayıq və çox çətin oyun qrafikindən keçirik, “Çelsi” və “Siti” səfərləri. İndi bizim üçün ardıcıl 3 oyun qələbə qazanmaq mümkünsüz qədər çətindir. İndi bunun üçün çalışmalıyıq və nə etdiyimizə fikir verməliyik”.

İlk dördlüyə düşmək şansları barədə danışarkən isə Mourinyo deyib:

“Biz Top-4-dən kənardayıq, titul barəsində necə danışa bilərik? Titul haqqında danışmaq üçün gərək heç olmasa ilk dördlükdə olasan. Gəlin ilk dördlüyə girmək üçün çalışaq və əgər bir gün bu baş verərsə, fərqə baxaq”.


Mənbə: manutd.com

0 comments