Yığmaların heyətinə yollanan futbolçular

Millətlər Liqası
Paylaş:

“Mançester Yunayted”in 12 oyunçusu 2018-ci ilin son beynalxalq fasiləsində yığmalarına qarşıdakı oyunlarda kömək etmək üçün klubu tərk ediblər.

Yığmalarının heyətlərinə yollanan futbolçularımız 10 gün ərzində UEFA Millətlər Liqasında, Afrika Millətlər Kubokunun seçmə mərhələsində və yoldaşlıq oyunlarda iştirak etmək imkanı əldə edəcəklər.

ARGENTİNA

Qapıçı Serxio Romero yeganə futbolçumuzdur ki, Lionel Skaloninin başçılıq etdiyi Aregrntina millisinin heyətinə yollanıb, Marko Roho isə yığmanının heyətindən kənar qalıb, çünki hələ də aldığı zədə səbəbindən bərpa prosesi keçir. Cənubi amerikalılar dörd gün ərzində iki dəfə Meksika yığması ilə yoldaşlıq oyunu keçirəcək.

BELÇİKA

Maruan Fellayni Belçika millisinə dəvət almayıb, Romelu Lukaku isə son üç oyunda zədə səbəbi ilə oynamadığına görə və yalnız “Siti” ilə səfər matçında 3-1 hesablı məğlubiyyətdə meydana sonradan çıxmasına baxmayaraq ümid edir ki, öz ölkəsi üçün yaxşı formada olmasını göstərə biləcək. 25 yaşlı futbolçu ümid edir ki, Roberte Martinesə UEFA Millətlər Liqasındakı qrupda ilk pilləni tutmağa kömək edə biləcək. Bunun üçün evdə İslandiyanı, səfərdə isə İsveçrəni udmaq lazımdır.

ÇİLİ

Aleksis Sançes 17 noyabrda Rankaqua şəhərində Kosta-Rika və dörd gün sonra isə Temuka şəhərində Hondurasla yoldaşlıq oyunlarında iştirak etmək üçün Çili yığmasına dəvət alıb.

EKVADOR

Antonio Valensiya ümid edir ki, Ekvador millisinin heyətində 16 noyabr, cümə günündə Peru ilə səfər matçında və növbəti həftənin çərşənbə günü, ayın 21-də Panama ilə yoldaşlıq oyunlarında 92-ci oyununa çıxa biləcək. “Yunayted”in kapitanı son yeddi oyunu zədə səbəbindən buraxmalı olmuşdu və indi ümid edir ki, yoldaşlıq oyunlarında yenidən formasını yığa biləcək.

İNGİLTƏRƏ

Cessi Linqard, Markus Reşford və Lyuk Şou Qaret Sautqeytin çalışdırdığı İngiltərə millisinə dəvət alıblar ki, ABŞ ilə yoldaşlıq matçında və Xorvatiya ilə Millətlər Liqası matçında komandalarına kömək etsinlər. Reşford son dörd oyunda yığmasının heyətində üç qola imza atıb, Linqard isə zədə səbəbindən sonuncu çağırışda yığmanın heyətində olmayıb. İngiltərə millisi “Uembli”də ABŞ ilə Ueyn Runinin şərəfinə vida matçı keçirəcək. Ardınca isə Sautqeytin yetirmələri Millətlər Liqasındakı talelərinə aydınlıq gətirəcək Xorvatiya ilə matça çıxacaqlar.

FRANSA

Həm Pol Poqba və həm də Antoni Marsial Fransa yığmasının heyətinə Hollandiya və Uruqvay ilə qarşılaşmaq üçün Didye Deşam tərəfindən dəvət almışdılar, amma sonradan hər iki futbolçu zədə səbəbindən siyahıdan çıxarılmışdılar.

KOT-D’İVUAR

Erik Bayi Afrika Millətlər Kubokunda yığmasına bazar günü Qvineya ilə baş tutacaq oyunda kömək etmək imkanı əldə edib. H qrupunda ikinci pillədə qərarlaşan “fillər” son dörd oyunda yeddi xal yığmağı bacarıblar. Keçən ay isə müdafiəçi Mərkəzi Avfrika Respubikası ilə 4-0 hesablı qazandıqları oyunda yığmasının heyətində ilk qolunu vura bilmişdi.

ŞOTLANDİYA

Skot MakTominey sonradan da olsa Aleks MakLiş tərəfindən Şotlandiya yığmasına Millət Liqasındakı vacib oyunlarına dəvət alıb. Əvvəlcə şənbə günü səfərdə Albaniya ilə, daha sonra isə gələn həftə ayın 20-də evdə İsrail millisiilə qarşılaşacaq. Yarımmüdafiəçi ilk olaraq 23 nəfərlik heyətə dəvət almamışdı, amma son həftənin matçlarında birdən-birə dörd futbolçunun zədələnməsi səbəbi ilə komandaya çağırılmışdı.

SERBİYA

Nemanya Matiç keçən ay yığmaya zədə səbəbi ilə yollana bilməmişdi, amma bu dəfə onun Millətlər Liqasında Çernoqoriya və Litva ilə ev matçında  Serbiyaya kömək edə biləcək. Mladan Krstaciçanın yetirmələri  C divizionun 4-cü liqasında məğlubedilməzdilər və dörd oyunun nəticəsində iki qələbə və iki heç-heçə edərək ilk pillədə qərarlaşıblar.

İSPANİYA

David De Hea ümid edir ki, yığmasının Xorvatiya və Bosniya və Hersoqovina yığmaları ilə görüşündə özünün 37-ci matçında 17-ci quru oyunlar seriyasına sahib olacaq. Luis Enrikenin yetirmələri Millətlər Liqasının final mərhələsində Xorvatiya üzərində qələbə qazanarlarsa, onda qrupda liderliyinə təminat verə biləcəklər, üç gün sonra isə Las-Palmasda Bosniya ilə yoldaşlıq oyununa çıxacaqlar.

İSVEÇ

Viktor Lindelöf Millətlər Liqasının final oyunları üçün İsveç millisinin heyətinə qatılıb. Əvvəlcə şənbə günü Türkiyə ilə qarşılaşmaq üçün səfərə yola çıxacaqlar, növbəti həftənin ikinci günü isə Rusiyanə doğma məkanlarında qəbul edəcəklər.

Bütün qarşılaşmanın vaxtları:

15 NOYABR

Belçika – İslandiya (UEFA Millətlər Liqası, saat 23:45) – Lukaku

İngiltərə – ABŞ (yoldaşlıq oyunu, saat 23:59) – Şou, Linqard, Reşford

Xorvatiya – İspaniya (UEFA Millətlər Liqası, saat 23:45) – De Hea

16 NOYABR

Peru – Ekvador (yoldaşlıq oyunu, saat 05:30) – Valensiya

17 NOYABR

Argentina – Meksika (yoldaşlıq oyunu, saat 04:00) – Romero

Çili – Kosta-Rika (yoldaşlıq oyunu, saat 04:15) – Sançes

Albaniya – Şotlandiya (UEFA Millətlər Liqası, saat 23:45) – MakTominey

Türkiyə – İsveç (UEFA Millətlər Liqası, saat 21:00) – Lindelöf

Serbiya – Çernoqoriya (UEFA Millətlər Liqası, saat 18:00) – Matiç

18 NOYABR

İsveçrə – Belçika (UEFA Millətlər Liqası, saat 23:45) – Lukaku

İngiltərə – Xorvatiya (UEFA Millətlər Liqası, saat 18:00) – Şou, Linqard, Reşford

Qvineya – Kot-d`İvuar (Afrika Millətlər Kuboku, saat 21:00) Bayi

İspaniya – Bosniya və Hersoqovina (yoldaşlıq oyunu, saat 23:45) – De Hea

20 NOYABR

Şotlandiya – İsrail (UEFA Millətlər Liqası, saat 23:45) – MakTominey

İsveç – Rusiya (UEFA Millətlər Liqası, saat 23:45) – Lindelöf

Serbiya – Litva (UEFA Millətlər Liqası, saat 23:45) – Matiç

21 NOYABR

Argentina – Meksika (yoldaşlıq oyunu, saat 04:00) – Romero

Çili – Honduras (yoldaşlıq oyunu, saat 04:15) – Sançes

Panama – Ekvador (yoldaşlıq oyunu, 05:00) – Valensiya


Mənbə: manutd.com

0 comments