Martines: “Yunayted” ilə heç bir problemimiz yoxdur”

Maruan Fellayni
Paylaş:

Belçika millisinin baş məşqçisi Roberto Martines bildirib ki, onunla “Mançester Yunayted”in məşqçilər korpusu arasında heç bir narazıçılıq yoxdur.

Martines “Mançester Yunayted”in tibb heyətindən gələn hesabata əsasən Maruan Fellaynini yığmaya dəvət etməmişdi, amma ondan sonra Fellayni Mançester derbisində 90 dəqiqə oynamışdı. Jurnalistlər Martinesdən soruşublar ki, yığmaların son oyununda Fellayninin zədə almasından sonra bu Joze Mourinyonun “qisas” cavabı ola bilərmi?

“Biz hamımız bir yerdə işləyirik. Bizim aramızda heç bir müharibə yoxdur və elə bir vəziyyət də olmayıb ki, bir-birimizdən qisas almağa çalışaq” – deyə Martines bildirib.

“Futbol bu cürdür – sən fikirləşirsən ki, hər şey ideal ssenari ilə gedəcək, amma hər şey bir anın içində dəyişəcək. Ona görə də Fellayni ilə baş verənlər hər zaman oyuna hazırlaşan zaman olur. O, fövqalədə vəziyyətlərə oynamlı idi və yüksək səviyyədə bütün 90 dəqiqəni oynamağını görmək çox xoş oldu”.

“Bu vəziyyətdə qəribə heç nə yoxdur. Bəzən cümə günlər hər hansısa qərarlar qəbul edirsən, amma bir neçə gündən sonra oyunçu özünü daha yaxşı hiss edir. Ona görə də biz şadıq ki, o, əvvəlki səviyyəsinə qayıdıb və təəssüf edirik ki, keçən fasilədə bizimlə yox idi”.

“Biz klublar ilə yaxından əməkdaşlıq etməliyik və bizim tibbi heyətimiz çox yaxşı qarşılıqlı fəaliyyət göstərir. Maruan ilə bağlı verdiyimiz qərar isə mümkün olanlar içindən ən yaxşısı idi”.


Mənbə: Sky Sports

0 comments