Runi: “Yunayted” üçün darıxıram”

Ueyn Runi
Paylaş:

Ueyn Runi İngiltərə millisindəki vida matçından əvvəl təşkil olinmuş mətbuat konfransında bildirib ki, “Old Trafford” ilə sağollaşmaq fürsəti olmadığına görə təəssüf edir.

Ueyn Runi sonuncu dəfə “Yunayted” formasını Avropa Liqasının finalında “Ayaks”a qarşı matçda geyinmişdi və ev oyununda öz azarkeşlərinə “əlvida” deyə bilməmişdi.

“Bunu “Old Trafford”da da etmək yaxşı olardı. Amma mən zaman-zaman stadionda oluram, məsələn, bir də ora Milad bayramında qayıdacam ki, “Yunayted”in oyunlarına baxım”.

“Mən özümlə xoş xatirələr götürərək getdim, çox əla günlər idi. Mən ümid edirəm ki, yenə “Old Trafford”a qayıdacam, köhnə komanda yoldaşlarım və klubun daxilindəki dostlarım ilə görüşəcəm, hansı ki, biz birlikdə uzun müddət yol qət etmişdik”.

“Azarkeşlər hər zaman məni dəstəkləyiblər, ona görə də Milad bayramında ora qayıdanda tanış simaları görmək yaxşı olardı”.

Ueyn, həmçinin, bildirib ki, karyerasını “Mançester Yunayted”də bitirməyə üstünlük verirdi, amma ABŞ-a getdiyi üçün də peşam deyil.

“Əlbəttə, mən “Yunayted” üçün darıxıram. Mən orada çox uzun illər keçirtdim və bu mənim karyeramın ən yaxşı vaxtları idi. Amma mən orada zamanında ayrıldım”.

“Əvvəla mən oynamırdım, mən isə elə insanam ki, hər zaman oynamaq istəyirdim. Mən məşqçi ilə danışdım və daimi oyun praktikasını əldə edəcəyim hiss olunmurdu, ona görə də mən düzgün seçim etmişdim”.

“Əlbəttə, ideal olardı ki, karyeramı “Yunayted”də bitirim, amma futbol hər zaman hər şeyi dəyişir. Çox şeylər baş verir və bütün bunların müəyyən səbəbləri var”.


Mənbə: Sky Sports

0 comments