Gələn mövsümdən PL-da VAR sistemi tətbiq olunacaq

VAR
Paylaş:

Premyer Liqa klubları 2019/20 mövsümündən etibarən Video Assistant Referees (VAR) sisteminin tətbiqi üçün prinsipial olaraq razılıq əldə ediblər.

Bu gün baş tutan iclasda klubların nümayəndələrinə sınaqdan keçirilmiş VAR sisteminin yenilənmiş məlumatlarını təqdim ediblər. Bundan başqa VAR sisteminin İngiltərə Kubokunda və Liqa Kubokunda, o cümlədən, bir çox digər ölkələrin liqasında sınaqdan necə çıxması haqqında danışılıb.

Yekunda Premyer Liqa klubları növbəti mövsümdən VAR sisteminin tətbiqi klublar tərəfindən qəbul edilib.


Mənbə: premierleague.com

0 comments