Nevill: “Həmin vaxt Şmeyhelə nifrət edirdim”

Qari Nevill
Paylaş:

“Mançester Yunayted”in keçmiş kapitanı Qari Nevill o vaxt “Siti”də çıxış edən keçmiş komanda yoldaşı Peter Şmeyhelin niyə 2002-ci ildə Mançester derbisindən öncə əlini sıxmaması və onunla danışmaması haqqında danışıb.

“İndi 43 yaşımda olanlara baxanda iki şeyi ayırmaq olur. Birincisi, o, “Mançester Yunayted”i yaxşı bir yaşda, 35 yaşında, tərk etdi və dedi ki, ya karyerasını bitirəcək, ya da ölkədən kənara çıxacaq. Daha sonra o, qayıtdı və “Siti”də oynamağa başladı”.

“Sən “Siti”də oynaya bilməzsən. Mən “Yunayted” azarkeşiyəm və mən “Siti”də oynaya bilmərəm, mən “Lids”də oynaya bilmərəm, mən “Liverpul”da oynaya bilmərəm. Bu qayda daşa həkk olunub. Nə olursa olsun sən bu klublarda oynaya bilməzsən, vəssalam”.

“O, “Yunayted” ilə 1999-cu ildə Trebl etmişdi və dedi ki, karyerasını bitirəcək, baxmayaraq ki, bizdə 2-3 il də oynaya bilərdi, əgər lazım olsaydı. Nəticədə isə van der Sar gələnə qədər bizim qapıçılarla bağlı problemlərimiz oldu”.

“İkincisi isə mən bütün rəqiblərimizə nifrət edirdim, biz hamımız nifrət edirdik. Onların hamısı bizə nifrət edirdi, bizim hamımız isə onlara nifrət edirdik. Qaydalar bu cür idi. Ser Alekslə birlikdə biz hamımız hasarlı bir adada daimi mühasirədəydik. Əgər sən bu adada olmaq istəmirsənsə, onda tək qalacaqsan”.

“Mən heç zaman oyundan əvvəl heç kimin əlini sıxmırdım. Əgər görüşmək lazımdırsa, bunu oyundan sonra da etmək olar, döyüş bitəndən sonra, oyundan əvvəl isə mən çalışırdım ki, maksimal dərəcədə öz ilk ötürməmə köklənim, hansı ki, etiraf etmək lazımdır ki, heç də yaxşı deyildi, topa ilk toxunuşa, ilk sürüşmə hərəkətimə, rəqibə və ona ilk dəqiqələrdən necə təsir edə biləcəyimə köklənirdim”.

“Mən ilk qarşılaşmadaca rəqibə məni sakitcə keçməyə icazə verməməli idim, əgər bunu oyunun əvvəlindən edə bilsə, onda məndən özümə olan inam hissimi ala bilərdi. Mən hətta çalışırdım ki, ilk mən onu keçim və irəliyə qaçım ki, o, geriyə qayıtsın və mən mütləq ilk hava mübarizəmdə qələbə qazanmalı idim. Oyundan əvvəl düşündüklərim bunlar idi. Hakimin fitindən əvvəl rəqib oyunçularla söhbət etmək ideyası yaxşı variant deyildi – bu mənim fikirlərimi dağıda bilərdi”.

“Mən təkcə Şmeyhel ilə görüşmədiyimi demirəm, mən hətta “Everton”un kapitanı olan qardaşımın da əlini sıxmamışam. Bu ona görə deyildi ki, qardaşım mənim xoşuma gəlmirdi – o, mənim xoşuma gəlirdi, bizdə hər şey qaydasındadır, amma oyundan əvvəl və sonra”.


Mənbə: Manchester Evening News

0 comments