Lindelöf Türkiyə ilə oyunu sona çatdıra bilməyib

Viktor Lindelöf
Paylaş:

“Mançester Yunayted”in müdafiəçisi Viktor Lindelöf İsveç və və Türkiyə arasında baş tutan  qarşılaşmanın fasiləsində xəstəlik səbəbindən əvəzlənmişdi.

Dünən mərkəz müdafiəçimiz Millətlər Liqasının Konyada baş tutan qarşılaşmasının ilk hissəni tam olaraq oynadı, hansı ki, isveçlilər 1-0 hesablı qələbə qazandı, amma fasilədən sonra Filip Helander ilə əvəzlənmişdi.

“Viktor ilk hissədən sonra özünü yaxşı hiss etmirdi. Ona görə də meydana Filip çıxdı və heç bir səhv buraxmadı, ona görə də Filip çox yaxşı oynadı” – oyundan sonra İsveç millisinin baş məşqçisi Yanne Anderson bildirib.

Lindelöfün yığmadakı komanda yoldaşı Andreas Qrankvist yerli SportExpressen qəzetinə deyib: “Məncə oyundan əvvəl də özünü yaxşı hiss eləmirdi, oynamağa başlayanda isə bir az başgicəllənməsi var idi. O, yuxusuzluq və enerji çatışmamazlığı hiss edirdi, ona görə də oyunu davam etdirə bilmədi. O, hiss edirdi ki, meydanda effektsizdir”.

Helander isə belə deyib: “Hava soyuq idi. O, hiss edirdi ki, meydanda effektsizdir”.

Mövsümə çətin başlanğıcdan sonra Viktor son oyunlar Joze Mourinyonun əsas müdafiəçilərindən birinə çevrilib və “Yunayted”in son altı oyunun hamısında start heyətdə meydana çıxıb.


Mənbə: Sky Sports

0 comments