Lukaku: “Jozenin tənqidlərini qəbul etməliyik”

romelu lukaku
Paylaş:

Romelu Lukaku hesab edir ki, “Mançester Yunayted”in futbolçuları Joze Mourinyonun tənqidlərini qəbul etməlidirlər, daha ondan inciməli deyillər.

Bleacher Report-un müxbirinin Joze ilə komandanın arasındakı münasibəti haqqında verilən suala Lukaku belə cavab verib:

“Məncə onun futbolçularla yaxşı münasibətləri var. Amma daha səmimi olsam deyə bilərəm ki, mən kiminsə onunla necə münasibəti olmasına fikir vermirəm. Bu məni o qədər də maraqlandırmır”.

“Əgər Mourinyonun kiməsə etirazı varsa, bunu qəbul elə, oğlan! Az dalını yerə qoy, ayağa qalx və bu tənqidlərə nəsə et!”.

Xatırladaq ki, bu yaxınlarda Lukaku da Jozenin tənqidləri üz-üzə qalmışdı və qol vura bilməməsinə görə əsas heyətdə yerini itirmişdi.


Mənbə: Daily Star

0 comments