“Yunayted” – “Kristal Pelas”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo şənbə günü “Old Trafford”da baş tutacaq “Kristal Pelas2 ilə oyundan öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

Mourinyo Maruan Felayni və Ander Erreranın şənbə günü oynaya biləcəyini təsdiqləyib.

“Poqbaya gəldikdə isə biz bilirdik ki, yaranan fasilədə kiçik əzələ zədəsini sağalda biləcək. İndi bizim elə oyunçumuz yoxdur ki, sabakı oyunda iştirak edə bilməsin. 23 nəfərdən ibarət böyük seçimiz var. Marsial bizimlə qalmışdı, yığmaların toplantısına yollanmamışdı. Yığması onun problemini bilirdi və elə yığmasının icazəsi ilə də bizimlə qalmışdı və bu müddətdə çox çalışmışdı. O, sabah oynamağa hazırdır, o, sabah oynayacaq. Həftə ərzində ardıcıl 3 oyunda iştirak edə bilərmi? Mən bilmirəm, amma ən vacib növbəti matçımızdır”.

“Fellayni də yığmaya yollanmayaraq bizimlə qalmışdı. “Mançester Siti” ilə oyunda 90 dəqiqə oynayandan sonra ona yığmaya gəlməməyə icazə vermişdilər. Ona həmin zədədən sonra mütləq burada qalmaq və özünü növbəti oyuna yaxşı hazırlamaq lazım idi, beləliklə, Maruanla hər şey qaydasındadır”.

“Reşford yığmadan yüngül zədə ilə qayıtmışdı, amma oynamağa hazırdır, həmçinin, Romelu Lukaku da oynamağa hazırdır, mən deyərdim ki, bir az risk var, amma oynamağa hazırdır”.

MOURİNYO “YUNAYTED”İN AZARKEŞLƏRİNİ TƏRİFLƏDİ

“Azarkeşlər bizim üçün etdiklərindən daha artığını edə bilməzlər. Biz çətin dönəmlərdən keçdik, pis nəticələr göstərdik, azarkeşlərin dəstəyi isə fantastik idi. Onlar komandanı dəstəkləyirdilər və bəzi oyunlarda onu başqa səviyyəyə qaldırırdılar. Biz onlardan artığını istəyə bilmərik. İndi bizim vəzifəmiz budur ki, onların daha da yüksək səviyyəyə qalxmalarına şərait yaradaq”.

TURNİR CƏDVƏLİNDƏKİ MÖVQEYİ HAQQINDA

“Əlbəttə, bizə xallar lazımdır. Əlbəttə, bizə xallar, nəticələr və yaxşı çıxış lazımdır. Ona görə də hər şey bizdən asılıdır. Son oyunlarda biz yaxşı oynayırıq və nəticələr əldə edirdik. Bəli, sonuncu oyunumuzda məğlub olduq, amma mən hesab etmirəm ki, çıxışımız pis idi. İndi biz iki həftə ərzində böyük olmayan oyunçu qrupu ilə məşq etmişik, xəbərlər gözləyirdik, yaxşı xəbərlər, yığmalardan pis xəbərlər, bizim birlikdə çalışmağımız üçün vaxtımız olmayıb. Amma biz yaxşı bir tempə sahib olmuşuq, yaxşı oynamışıq, ona görə niyə də bu tendesiyanı davam etdirməyək, oyunumuzu inkişaf etdirək və yaxşı nəticələr əldə edək”.

“Mən bilirəm ki, bizim ilk dördlükdən böyük xal fərqimiz var, amma mən, həmçinin, bilirəm ki, dekabrın sonuna qədər, əgər səhv eləmirəmsə bizim Premyer Liqada səkkiz oyunumuz var, deməli söhbət 24 xaldan gedir, hansı ki, bu 24 xal üçün mübarizə aparacayıq. Digər komandalar da həmin xallar üçün mübarizə aparacaq, amma mən inanıram ki, turnir cədvəlində irəliləyəcəyik”.


Mənbə: manutd.com

0 comments