Mourinyo “Kristal Pelas”la oyundan sonra

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo “Old Trafford”da baş tutan “Kristal Pelas” ilə oyunda itirilən iki xal səbəbi ilə ilk dördlük arasında xal fərqini azalda bilmədiyinə görə üzgündür.

NƏTİCƏ HAQQINDA

“Çox pis bir nəticə oldu deyə bilərəm. Deməliyəm ki, biz 1 xal qazanmadıq, 2 xal itirdik. Məqsədimiz qarşıdakı 8 oyunda maksimum nəticələr əldə edərək yüksək pillələr ilə aramızda olan xal fərqini azaltmaq idi. Lakin 2 xal itirdik, “Çelsi” və “Tottenhem”in qarşılaşdığı bir turda biz xallar qazana bilmədik”.

LİNDELÖF HAQQINDA

“Mənə elə gəlir ki, o zədələnib. Hər zaman deyirəm ki, bu, zədələnmələr dönəmidir. Milli komandalarda oynayırlar və klublarına qayıdan zamanda zədələnirlər. Lindelöf 2-3 gün əvvəl Rusiyaya qarşı oynadı, ona ehtiyacımız var idi, çünki o, heyətdə son oyunların ən yaxşısı idi. O, cəsur bir oğlan idi, yəqin ki, özü özünü cəzalandırır, kim bilir, nə qədər müddət oynaya bilməyəcək, lakin fantastik bir təcrübə oldu”.

OYUN HAQQINDA

“Heç vaxt 9 hücum oyunçusu ilə oynaya bilməzsən, biz müəyyən bir balans ilə oynamalı idik, amma biz 4 hücumameyilli oyunçu ilə oynadıq və çox yaxşı da başladıq. Komandamız təhlükəli mövqeləri ələ keçirməkdə çox yaxşı çıxış etdi, lakin oyunları qazanmaq istəyirsənsə, sonuna qədər hücum edirsən. Biz onlara düşünmək və nəzarət altında olduqlarını bilmək şansı verdik. Buna görə də onlar bir az rahat oldular və buradan xalla qayıtdılar”.

OYUNÇULARA ÖZÜNƏİNAMI QAYTARMAQ LAZIMDIR

“Oyunçulara təsir etmək lazımdır, əgər onların özləri bu təsirə açıqdırlarsa. Əgər oyunçu buna açıqdırsa və əgər oyunçu bunu etiraf edirsə ki, o, daha çox şey etməlidir və bir az öz xarekterini dəyişir, onda həmin oyunçu dəyişə bilər. Çox sübut olunmuş nümunələr var ki, baş məşqçilər və məşqçilər müəyyən mərhələyə qədər oyunçularını dəyişə bilərlər. Mən olduğum kimiyəm, bütün insanlar müxtəlifdirlər. Kimsə pis şam yeməyindən razı qala bilər, kimsə şam yeməyindən həzz ala bilər, kimlərsə isə partilər təşkil edir. Məncə həyatda hər şey bu cür qurulub”.

BİR HƏLL YOLU VARMI?

“Oyunçuların təbiətini kökündən dəyişdirmək mümkün deyil. Həlli ondadır ki, mən yəqin konkret bir seçim etməliyəm, ürəyimin səsinə qulaq asmalıyam, sonra isə mən yəqin ki, özüm-özümü günahlandıracam, çünki mənə görə təkcə ürək kifayət eləmir, mənə heyətdə keyfiyyət də çatmır. Bizim iki gündən sonra oyunumuz var və çox yaxşıdır ki, narahat olmağa vaxt olmur, çünki sabah artıq məşq günüdür”.


Mənbə: manutd.com

0 comments