“Yunayted” – “Yanq Boyz”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo Çempionlar Liqasının qruplarındakı son ev oyununda təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

ZƏDƏLƏR HAQQINDA

“Markos Roho və Lindelöf zədəlidir. Darmianda isə yüngül zədə var. Digərləri hazırdır. Lindelöfün oynamaq şansı yoxdur. O, bir müddət yaşıl meydanlardan uzaq olacaq. Rohonun yüngül zədəsi var, Lindelöf bir müddət olmayacaq, ona görə də hazırda bizim yalnız Bayi, Cons və Smollinq kimi mərkəz müdafiəçilərimiz var”.

OTEL DƏYİŞDİRİLİB

“Biz oteli dəyişməyə qərar verdik, ona görə də Mançester şəhərinin mərkəzindən gəlməyəcəyik. Biz stadiondan cəmi bir neçə metr uzaqda olan bir otelə yerləşmişik, klubdan aldığım məlumata görə bu istiqamətdə işlər yaxşı şəkildə gedir. Lakin əgər yaxşı deyilsə, onda mən piyada gedəcəm (gülür)”.

MİLADA QƏDƏR LİNDELÖFÜN QAYITMASI GÖZLƏNİLİR

“O, sabah müayinə olunacaq, lakin tibbi heyətin ilkin diaqnozlarına görə onun əzələlərində problem var və bu, bir az zaman tələb edir. Əgər Milad bayramı ərəfəsində o, heyətə qayıda bilsə, çox yaxşı olardı. Yanvarın 2-də “Nyukasl”la oyunadək hər kəs hazır olsa idi yaxşı olardı”.

OYUNÇULARIMA İNANIRAM

“Oyunçuların ehtiyac duyduğu şeylərə nəzər salsanız – o tələb, o ruh, o ambisiya, o qürur  – yəqin ki, bütün bunların oyunçularımda olduğuna inanırsınız. Lakin elə oyunlar olur ki, bir az fərqli profildə gedir və siz buna görə məyus olursunuz, mənə görə, hətta “Mançester Siti”yə qarşı 2-0 geriliyi aradan qaldıra bilməməyimiz də böyük bir problem sayılmamalıdır. Lakin hətta o oyunda 1 qol vurub, sonda məğlub olaraq meydandan ayrılsaq belə, hər kəsin ağlında bir şeylərin ola biləcəyi kimi şeylər var idi. Tamam, uduzursunuz, amma eyni komanda ruhu ilə sona qədər oynayırsınız. Bu şeyləri “Kristal Pelas” matçında düşünərkən isə məyus olursan. Düşünürəm ki, futbol 90 dəqiqədən ibarət deyil, hər zaman 90 dəqiqədən azdır, çünki oyun vaxtını necə aşağı salmağı bilən komandalar hər zaman bunu edirlər və əksər hallarda da referilər bu vaxtı kompensasiya etmək üçün əlavə vaxt artırmır”.

“KRİSTAL PELAS” MATÇI HAQQINDA

“Qələbə qazanmaq istəyən komanda rəqibin özünə gəlib oynamağa başlamasına imkan verməməlidir. “Kristal” ilə oyunda Hennessi bunu çox yaxşı etdi. Onların hər biri bunun öhdəsindən çox yaxşı gəldilər. Oyun intensivliyi düşən zaman onlara özlərinə gəlməsi üçün şərait yaratdıq. Amma sonda 4-cü hakimin əsas vaxta 4 dəqiqə artırdığını görəndə məyus olursan, lakin buna görə hər zaman özümüzü günahlandırmışam, ona görə ki, çoxuna layiq deyildik. Biz daha çox vaxtı haqq etmirik, çünki itirdiyimiz vaxtlar az olmayıb. Mən hər zaman oyuna güclü başlamağımızı istəmişəm. Siz və ya azarkeşlər düşünürsünüz ki, Joze oyunçularına “Ləng oynayın, ehtiyatlı oynayın, görək nə olar, olar” filan deyib. Tamamilə yanlış fikirdir. Mən komandamın oyuna yaxşı və güclü başlamasını istəyirəm, birbaşa oyun istəyirəm, lakin bu, bir az məyusluq ilə nəticələnir”.

YANAŞMA RƏQİBDƏN ASILIDIR

“Oyun başladıqdan bəri intensiv oynamaq mümkünsüz bir şey deyil, amma bunun öhdəsindən gələ bilən komandalar var. Rəqibə qarşı özünü rahat hiss edəcək bir oyun oynasanız, yaxşı bir seçim olmaz, rəqibi ciddi təhlil etmək lazım olduğunu düşünürəm. Ancaq normalda biz 2-ci toplarda da çox yaxşı deyilik. Bizim yarımmüdafiə bu baxımdan çox qənaətbəxş deyil. Əgər oyunda daha çox uzun topla oynayırsansa, intensivlik və nəzarət ikinci plana keçir ki, biz də bu baxımdan çox yaxşı deyilik. Biz “Kristal Pelas” ilə oyunda komandanı hissələrə ayırmışdıq və buna görə də rəqib ikinci hissədə çox az təhlükəli ola bildi”.

EVDƏ OYNAMAĞI ÜSTÜN TUTURAM

“Məncə, səfərdə oynamağı üstün tutduğumu desəm, azarkeşlərə və stadiona qarşı hörmətsizlik olar. Bunu deməkdən tam şəkildə imtina edirəm. Əgər məndən soruşsanız ki, sabah “Yanq Boyz”la burada, yoxsa Berndə qarşılaşmaq istəyərdiniz, düşünmədən evimizi deyərdim. Təzyiq hiss edirsənsə, evdə qal. Amma burada mən stadionu yox, evi nəzərdə tuturam. Evi deyirəm və TV-də oyunu izləməyi başa salmaq istəyirəm. Əgər evdə oynayarkən təzyiq hiss edirsinizsə, hara ki, insanlar sizi dəstəkləmək üçün gəlir, irəli! Mən heç vaxt evdə oynayarkən təzyiq hiss etmədim”.

MATÇ HAQQINDA

“Ölüm-dirim mübarizəsi olduğunu düşünmürəm. Çünki digər oyunların nəticəsindən asılı deyilik, hər şey öz əlimizdədir. Lakin ilk dəqiqədən yeni mərhələyə yüksəlmək üçün həlledici bir oyun oynadığımızı görmək istəyirəm. Yəni qrupun son bir matçı da olduğunu unudub, bütün gücümüzü bu matça yönəltməyimizi istəyirəm. Qalib gəlməliyik, bunun öhdəsindən layiqincə gələ biləcək bir komanda ilə də meydana çıxacağıq. Ciddi bir həyəcan yoxdur, çünki daha bir oyunumuz var, lakin bunu həlledici bir oyun kimi qəbul edib qələbənin sevincini yaşamağımızı istəyirəm. Gəlin hər şeyi unudaq, “Valensiya” ilə oyunumuzu da, “Valensiya” – “Yuventus” matçını da. Bu oyunu elə sadəcə qələbə qazanmalı olduğumuz bir oyun kimi oynayaq”.


Mənbə: manutd.com

0 comments