“Sauthempton” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo sabah Premyer Liqada baş tutacaq “Sauthempton” ilə səfər matçından öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

SANÇESİN ZƏDƏSİ HAQQINDA

“Birincisi, istənilən klubda əgər oyunçu oynamırsa, deməli sadəcə baş məşqçi bu cür qərar verib. Bizim klubda əgər oyunçu oynamırsa, bu hər zaman onun davranışları və nizam-intizamı ilə əlaqələndirilir. Əlbəttə, bu heç də belə deyil.

Onun ciddi zədəsi var, mən onun hansı müddətdə sağalacağı haqqında xəbəri risk eliyib deyə bilmərəm, amma öz təcrübəmə əsasən deyə bilərəm ki, bu ilin sonuna qədər oynaya bilməyəcək.

O, hələ müayinədən keçməyib. Amma o, təcrübəli oyunçudur, oyunçular isə həmişə bilirlər ki, onun zədəsi hansı dərəcədədir. Zədə alarkən onun ağrıdan qışqırmasından, hansı ki, özüm eşitdim, uzun müddət sıradan çıxdığını demək olar. Bu kiçik əzələ zədəsi deyil, hansı ki, bir həftəyə və ya 10 günə sağalsın. Məncə Aleksis müayinədən də qabaq başa düşür ki, onun zədəsi Lindelöfündəkindən də ağırdır. Lindelöfün zədəsini isə yüngül saymaq olmaz. Fikirimcə Aleksisdə mənim adətən, aqressiv əzələ zədəsi dediyimdir”.

DİOQU DALO START HEYƏTDƏ OLACAQ

“İmkan hər zaman ələ düşür. Fil Cons oynamırdı. Lindelöf zədələndi və Consun “Yanq Boyz”a qarşı oyunda oynamaq imkanı oldu. Bu cür şeylər hər zaman olacaq, mən bunda əminəm. Bu yaxınlarda Lyuk Şou diskvalifikasiyaya görə oynamadı, indi isə Eşli Yanqın dörd sarı vərəqəsi var. Kim bilir beşincini nə vaxt alacaq.

Oyunçular hazır olmalıdır. Bu vəziyyətdə kimsə zədələnir, kimsə zədədən qayıdır. Məsələn, bu həftə Dalo oynayacaq. O, hazırdır. Onun ciddi zədəsi var idi, əməliyyat, sonra isə yığmada yenidən zədələndi, həmin vaxt ki, formasını yığmağa az qalmışdı, “Yanq Boyz” və “Derbi Kaunti” ilə oyunlarda da çıxış etmişdi. Amma iki həftə ərzində məşq edib və biz fikirləşirik ki, o, artıq hazırdır”.

DE HEANIN MÜQAVİLƏSİ HAQQINDA

“Rəhbərlik istəyir ki, o, qalsın. Baş məşqçi istəyir ki, o, qalsın. Onun özü də qalmaq istəyir. Agenti ona hər şeyi yaxşı-yaxşı fikirləşməyə və qərar verməyə imkan verib. Yeganə qalan şey onun şəxsi müqaviləsinin şərtlərini razılaşdırmaqdır. Mən fikirləşirəm ki, vəziyyət yaxşı şəkildə sonlanacaq”.

XALLAR QAZANMAQ HAQQINDA

“Bizə xallar lazımdır. Biz istəyirik ki, turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıraq, biz istəyirik ki, ilk dördlük ilə aramızdakı xal fərqini azaldaq, biz bu mövqenin iyini hiss etmək istəyirik. Xallar müxtəlif səbəblərlə hamıya lazımdır, elə olmur ki, biz “Sauthempton”a qonaq gedək, amma onlara xal lazım olmasın. Yüksək motivasiya səviyyəsi yalnız bir komandada olmayacaq.

Ona görə də bizim heç bir problemi olmayan komandaya qarşı çətin oyunumuz olacaq. Onların yaxşı heyətləri var, klub uzun illərdir yaxşı bir şəkildə təşkil olunub, ona görə də onlar turnir cədvəlinin aşağı pillələrində çox qalmayacaqlar, deməli bizi çətin bir oyun gözləyir”.

“YUNAYTED” NİYƏ STABİL OYUN GÖSTƏRMİR?

“Mənə elə gəlir ki, bəzi oyunları istədiyim kimi sürətli, aqressiv və emosional şəkildə başlamırıq. Digər matçlarda, məsələn, “Yanq Boyz” ilə oyuna belə başladıq və 10-cu dəqiqədə artıq hesabı 2:0 edə bilərdik.

Bəzən bizim bitiriciklə bağlı problemlərimiz olur. Yaratdığımız qol imkanlarını reallaşdıra bilmirik, hansı ki, həmin anlarda qol vurmaq oyunun gedişatını dəyişə bilərdi. Əlbəttə, əgər ilk 10 dəqiqədə hesab 2:0 olsa idi, “Yanq Boys” həmin andnan sonra müdafiə olunduğu kimi müdafiə olunmayacaqdı.

Digər vəziyyətlərdə problem bizim oyuna yanaşmamışdan yaranır və bur bir az qarışıqlıq yaradır. Çünki bizim çalışmalarımız oyuna inamlı başlamaqdan ibarətdir, ilk dəqiqələrdən sürətli və aqressiv olmaq”.

MARUAN FELLAYNİ HAQQINDA

Məncə o, indi layiq olduğu tərifləri görür. Ola bilsin ki, mən bu kluba gələnə qədər bunlar yox idi, amma indi layiq olduqlarını əldə edir. Hamı başa düşür ki, Maruan Maradona deyil, amma hamı da bilir ki, Maruan kimdir və komandaya nələr verə bilər.

Bu mərhələdə, xüsusən də, bu mövsüm, həmçinin, keçən mövsümdə, o, çox vaxt hücumçuların edə bilmədiklərini edib, daha doğrusu həlledici məqamda qol vurub. Mən onu çox yaxşı tanıyıram və mən onun oynaya biləcəyi, işini görə biləcəyi mövqeyi də bilirəm. Bu mövsüm mən onu “Börnli” ilə oyunda üçüncü müdafiəçi kimi görürdüm, onu mərkəz hücumçusu, yarımmüdafiəçisi görmüşəm və bu mövqelərdə onun oyunu xüsusi olaraq balanslaşdırılıb. Cərimə zərbələri zamanı o da çox vacib oyunçudur, həmçinin, meydanın birinci və üçüncü hissəsində də. İndi hamı bilir ki, Maruan kimdir və onun özü də bunu hiss edir”.

DE HEANIN “YANQ BOYZ” İLƏ OYUNDAKI SEYVİ HAQQINDA

“Fikirimcə Davidin oyunun 92 dəqiqəsi ərzindəki çıxışı ilə mənim qapıdakı oyunum arasında heç bir fərq olmazdı. Mən də topa zərbə endirə və qurtarışlar etmiyə bilərdim, çünki qapıya zərbə yox idi.

Möhtəşəm çıxış olduğunu deyə bilmərəm. Bu bir qurtarışı olan sıfır nümayiş idi, hansı ki, yalnız dünyanın ən yaxşı qapıçısı edə bilərdi. Bu onun çıxışının ədalətli təhlilidir.

O, bu oyunda topa toxunmadı və həmçinin, “Kristel Pelas” ilə oyunda da, amma topa toxunmaq lazım olanda o, ən yaxşısıdır”.


Mənbə: Mirror

0 comments