“Yunayted” – “Arsenal”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo sabah Premyer Liqada “Arsenal” ilə “Old Trafford”da keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

JOZE “YUNAYTED”İN DÖRDLÜYƏ DÜŞMƏSİNİN MÖCÜZƏ ADLANDIRDIĞINI İNKAR EDİB

“Mən? Yox. Mən bilmirəm bunu demişəm ya yox, amma əgər mən sözü işlətmişəmsə, onda bu heç də mənim nəzərdə tutduğum şey deyil. Biz ilk dördlükdən səkkiz ya doqquz xal geridəyik. Mən heç də hesab etmirəm ki, bu fərqi aradan qaldırmaq üçün bizə möcüzə lazımdır. Bizə ardıcıl yaxşı nəticələr qazanmaq lazımdır, xal itirməməli oyunlarda xalllar itirməli deyilik”.

HƏDƏF DƏYİŞİB

“Kristal Pelas”la oyundan əvvəl mən ümidlərimdən və hədəflərimdən danışmışdım – dekabrın sonuna qədər ilk dördülüyə qlxmaq istəyirdik. İndi hədəf dəyişib, amma o mənada ki, bizə maksimum dərəcədə xal fərqini azaltmaq və dördlüyə yaxınlaşmaşmaq lazımdır.

Ona görə də də mən hesab edirəm ki, bunu etmək möcüzə deyil, bizə sadəcə lazımdır ki, bəxt biz tərəfdə olsun və son zamanlar üzləşdiyimiz problemlər bir daha olmasın. Bizə lazımdır ki, bəzi futbolçular keçən oyundan daha yaxşı çıxış etsin, bizə lazımdır ki, bütün komanda yaxşı çıxış etsin, nəinki möcüzə”.

“YUNAYTED”İN YEDDİNCİ PİLLƏDƏ OLMASI MƏQBUL DEYİL

“Mançester Yunayted”in bu mövqedə olmayacağını  deyənlərlə razıyam, baxmayaraq ki, “Everton” heyətini gücləndirmək üçün yaxşı sərmayə qoyub. Aydındır ki, keçən illə müqyisədə komanda güclənib. Fikirləşmirəm ki, mövsümün sonunda “Everton” bizi qabaqlaya biləcək.

Altı komanda var ki, ilk altı mövqeni onlar tutmalıdırlar. Mövsümdən-mövsümə iki komanda ilk dördlükdən kənar qalır. Keçən mövsüm bu “Arsenal” və “Çelsi” komandaları oldu, bu mövsüm də altı komandadan ikisi dördlükdən kənar qalacaq. Altı komandadan hansı daha yaxşıdır? Hansı komandanın potensialı daha yüksəkdir? Hansının ki, aşağıdır? Hansı komanda yaxşı çıxış etmir?

Bütün bu sualları və cavabları bu altı komandanın çıxışı göstərəcək. Mövsümün sonunda ilk altı pilləni bizim fikirləşdiyimiz kimi həmin o altı komanda tutmalıdır”.

“ARSENAL” İLƏ OYUN HAQQINDA

“Bizim çox çətin oyunumuz olacaq. Onların yaxşı komandası və yaxşı ardıcıl nəticələri var. Amma bizim heyətdəki problemlərə baxmayaraq, onlar başa düşürlər ki, onlar üçün də asan olmayacaq.

Bəli onlar artıq başqa komandadırlar. Mənim öz fikirlərim var, amma bütün bunları özümdə saxlayacam, amma onlar indi başqadırlar və bizim üçün çox çətin oyun olacaq, çünki biz yaxşı komandaya qarşı oynayacayıq, hansı ki, yaxşı forma yığıblar.

Bundan başqa onlarda yorğunluq o qədər də yoxdur, çünki Avropa Liqasında çıxış edirlər və həmin turnirdə də adətən, ikinci heyətlə çıxış edirlər və əsas heyət oyunçularına istirahət verirlər.

Biz öz imkanlarımızdan da yüksək səviyyədə oynamaq lazım olacaq. Böyük oyun sayı olan dekabr ayındayıq və çox komandalar buna görə əziyyət çəkir. Biz bu ayda az oynamaq imkanı olan futbolçularımıza da şans verəcəyik”.

KOMANDA HAQQINDA

“Biz yenə heyət seçərkən çətinliklərlə üzləşəcəyik. Bizə yenə bir neçə adaptasiya lazım olacaq ki, komandanı balanslaşdıra bilək. Amma mən əminəm ki, mübariz ruhumuzla bizdə hər şey qaydasında olacaq və biz bu matçı qazanmağa çalışacayıq”.


Mənbə: Mirror

0 comments