Mourinyo “Arsenal” ilə oyundan sonra

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo “Mançester Yunayted”in “Old Trafford”da “Arsenal”a qarşı oyundan sonra oyunçuların döyüşkən ruhunu və fədakarlığını alqışlayıb.

İLK DƏQİQƏLƏRDƏN FANTASTİK ƏHVAL

“Bu bizim istədiyimiz nəticə deyildi, başqa nə demək olar ki? Fantastik əhval, fantastik fədakarlıq, əla intensiv oyun, əla dinamika, çox xoşdur ki, oyunçular çətin şərtlər altında bu oyuna canlarını qoydular, oyunun sonlarında isə onlar yorulmuşdular.

Çox oyunçularımız çətinliklər yaşayırdılar. Yaxşı fərdi çıxışlar var idi, amma oyunçulara çətin idi. Dioqu Dalo Premyer Liqada ilk dəfə idi ki, start heyətdə meydana çıxırdı. Markos Roho ilk dəqiqələrdən oynadı. Matteo Darmian üçün bu mövsümdə 3-cü start oyunu idi. Erik Bayi bir neçə ay idi ki, oynamırdı. Kris Smollinq cəsarətli oğlandır, çünki zədə ilə bağlı problemi ola-ola oynadı, ona görə də bizə çətin idi, amma uşaqlar canlarını meydanda qoydular, əllərindən gələn hər şeyi etdilər”.

MƏN FƏDAKARLIQDAN RAZIYAM

“Bu pozitiv bir işarədir, amma müəyyən şeylər var ki, mən onlara nail ola bilmirəm, bu haqda sizə çox danışa bilmərəm. Amma onlar çox böyük həvəslə oynayırdılar, hər bir oyunçu tam olaraq əllərindən gələni etdilər. Bu, əlbəttə, sevindirir. Mən bundan artıq sizə danışa bilmərəm. Mən göstərilən döyüşkənlikdən, fədakarlıqdan, cəsarətlikdən razı qalmağa üstünlük verərdim. Mən bunların hamısından razıyam”.

BİZ QƏLƏBƏYƏ LAYİQ İDİK

“Biz bu oyunu udmalı idik. Biz qol buraxanda iki kobud səhvə yol verdik. Biz başqa səhvlərə də yol verdik, hansı ki, onlara əks hücuma çıxamağa şərait yaratdıq. Biz topu çox asan itirirdik, oyuna nəzarəti çox asan itirirdik, yüksək səviyyəli futbolda belə şeylər olmamalıdır. Və yenə də bizim oyunumuzda eniş və yüksəlişlər oldu, ikinci qol isə çox dəhşətli bir vaxtda buraxıldı, çünki həmin vaxt biz oyunnda dominatlıq edirdik”.

BİZİM MÜDAFİƏMİZ YORULUB

“Bizim müdafiə xəttimiz yorulub. Bizə oyunun tempini qaldırmaq lazım olanda onlar çox yorğun idilər, biz meydana güclü oyunçuları – Lukaku, Poqba, Fellaynini – buraxdıq və həmin vaxt oyunçular ayaq üstə güclə qalırdılar. Top David De Heada olanda oyunçular sürət yığmalı idilər, amma onlar ölü kimi idilər, yorğun idilər. Erik Bayi cərimə xəttindən qabağa çıxa bilmirdi. Kris Smollinq özünü bir az yaxşı hiss edirdi. Onlara çətin idi, çox çətin idi, onlar son güclərini də meydanda qoymuşdular. Oyunçular tam güclərini ortaya qoyanda onları heç vaxt tənqid etmirəm. Mən onları ancaq dəstəkləyə bilərəm”.


Mənbə: manutd.com

0 comments