Antoni Marsial zədədən yayına bilib

Antoni Marsial
Paylaş:

Joze Mourinyo deyib ki, Antoni Marsial meydandnan çıxan zaman zədədən yayına bilib və “Fulhem” ilə oyuna qədər hazır olacaq.

“Antoni hesab etmir ki, zədələnib. Bu sadəcə zədə hissi idi, o, hiss edirdi ki, əzələləri həddindən artıq yüklənib” – Manchester Evening News nəşri Jozenin sözlərindən sitat gətirir.

Xatırladaq ki, Antoni Marsial “Arsenal” ilə oyunda mövsümdə 8-ci qolunu vurdu, lakin oyunun 63-cü dəqiqəsində yerini Romelu Lukakuya verməklə meydanı tərk etməli olmuşdu.


Mənbə: Manchester Evening News

0 comments