“Yunayted” – “Fulhem”: oyun öncəsi mətbuat konfransı

Joze Mourinyo
Paylaş:

“Mançester Yunayted” Premyer Liqanın 16-cı turu çərçivəsində sabah evdə “Fulhem” ilə qarşılaşacaq. Bu münasibətlə bu gün keçirilən mətbuat konfransında Joze Mourinyo jurnalistlərin suallarını cavablandırıb.

Mətbuat konfransında danışılan məsələlərin əsas hissələrini təqdim edirik.

Fred nə üçün davamlı olaraq meydanda olmur?

“Addım-addım. Sizin digər klublarda olan oyunçularınız da var ki, oyun oynamağa ehtiyac duyurlar. Və onlardan bəziləri Fredin bu mövsüm oynadığı qədər oynamayıblar.

Komanda nə vaxt ki, müdafiə anlamında möhkəm olur və yarımmüdafiəçilərə yaradıcılıq və hücum dinamikası cəhətdən ehtiyac duyulmur, bu zaman Fred üçün şərtlər tamamilə fərqli olur. Düşünürəm ki, o, orta sahədə müdafiəmeyilli oyunçulara ehtiyacımız olmadıqda oynayacaq”.

Oyun barədə

“Mən pozitiv olmaq istəyirəm və düşünürəm ki, biz qələbə qazanacağıq. Amma bu baş tutmursa, tərifə layiq olanlar təriflənməlidir. Oyunda 11 nəfərə qarşı sıfır nəfər olmayacaq, 11-11-ə oyun olacaq. Rəqibin də yaxşı oyunçuları var.

Mövqelər, xallar bəzən komandanın həqiqi potensialı, Premyer Liqa tarixinin iki ən önəmli baş məşqçisi haqqında çox şeyi demir. Onların bura gələrək bizə çətinlik yaratmaq potensialları var. Mənim oyunçularım çox və intensiv hərəkət edirlər. Biz topa daha çox pressinq edir, rəqibə çətinliklər törədirik və komandanın ruhu oyunumuzu daha yaxşı bir səviyyəyə gətirib çıxarır. Xüsusi xarakterə malik xüsusi oyunçular var. Məsələn, Errera və Reşford kimi oyunçularımız meydanda çox yaxşı çıxış etməsələr belə, sona qədər eyni ruhda və istəklə oynayırlar. Amma deyərdim ki, bütün komandada bu mentalitet var. Bilirəm ki, sadəcə 2 gün asan deyil. “Fulhem” də bizim kimi bir vəziyyətdədir, lakin onlardan tələb olunan şey bizdən tələb olunan qədər deyil. Amma bəhanələrə yer yoxdur.

“Bir neçə həftə əvvəl burada sizlərə müsahibə verərkən dekabr ayında məğlub olmamaq və xallar qazanmaq barədə danışmışdım. Ancaq indi sadəcə “Yanq Boyz”a qarşı qələbə və 3 bərabərlik ilə qarşınızdayam. “Fulhem”də də vəziyyət oxşardır. Onların da xallara ehtiyacı var”.

Ötən mövsümdəki 2-cilik barədə

“Bunu komandamın potensialına görə fantastik bir uğur hesab edirəm. Ötən mövsüm biz bizdən daha güclü potensialı olan komandaların qarşısında liqanı 2-ci olaraq bitirdik. Əgər indi durub David Vaqner, Rafa Benitez və ya Klaudioya mövsümü 10-cu yerdə bitirəcəklərini desəniz, onlar özlərini çempion kimi hiss edəcəklər”.

Zədəlilər barədə

“Biz hələ də gözləmə mövqeyindəyik. Hələ də Marsial, Smollinq və Cons kimi oyunçuların sabah meydanda olub-olmayacaqları dəqiq deyil. Sabah səhər keçirəcəyimiz məşq sessiyasında Smollinq, Cons, Marsial və Bayinin nə vəziyyətdə olmalarını biləcəyik. Təbii ki, Aleksis və Lindelöf barədə danışmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, “Mançester Yunayted” – “Fulhem” görüşü sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Komandamız hazırda turnir cədvəlində 8-ci, Klaudio Ranierinin “Fulhem”i isə sonuncu pillədə qərarlaşıb.


Mənbə: ManUtd.comDaily Mail

0 comments