Jorje Mendeş: Mourinyo “Yunayted”də qalacaq

Joze Mourinyo
Paylaş:

Joze Mourinyonun agenti Jorje Mendeş bu gün dərc elədiyi bəyanatda bildirib ki, “Mançester Yunayted” baş məşqçi Joze Mourinyo ilə yollarını ayırmaq fikrində deyil və Mourinyonun klubdan ayrılacağı barədə şayiələr həqiqəti əks etdirmir.

Agentin paylaşdığı bəyanatda deyilir:

“Joze Mourinyonun “Mançester Yunayted”i tərk etməsi barədə bir sıra şayiələr yayılıb. Bu, tamamilə əsassızdır. Joze klubda çox xoşbəxtdir və klub da onun işinə son vermək barədə düşünmür. Onun klubla uzunmüddətli müqaviləsi var və bütün diqqətini komandada möhkəm bir qalibiyyət layihəsi qurmağa yönəldib”.

Qeyd edək ki, “Yunayted” hazırda Premyer Liqada 23 xalla 8-ci pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” lider “Mançester Siti”dən 18 xal geridədir. Mourinyonun komandası bu mövsüm PL çərçivəsində sadəcə 6 qələbə qazana bilib.


Mənbə: The Telegraph

0 comments