Aleksis zədəsini bərpa etmək üçün ölkəsinə yollanıb

Aleksis Sançez
Paylaş:

“Mançester Yunayted” dizaltı vətərləri zədələnən Aleksis Sançezə reabilitasiya üçün Çiliyə yollanmasına icazə verib.

Bu mövsüm sadəcə 7 oyuna start heyətdə çıxan Aleksis milli komandanın tibbi personalı tərəfindən müalicə olunacaq. Onun bu ilin sonunadək meydanlara qayıtmayacağı bildirilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu “Yanq Boys”la (1-0) oyundan öncə keçirilən məşq sessiyasında zədələnmiş və iştirak ərizəsindən çıxarılmışdı.


Mənbə: Sky Sports

0 comments