Mourinyo “Fulhem”ilə oyundan sonra

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo “Fulhem” ilə oyundan sonra komandanın çıxışından razı qaldığını bildirib. “Yunayted” ilk hissədə çox rahat şəkildə Eşli Yanq, Xuan Mata və Romelu Lukakunun qolları sayəsində 3-0 hesablı nəticə əldə etdi. İkinci hissədə londonlular penalti ilə fərqləniblər, amma oyunun sonlarına yaxın Markus Reşford güclü zərbə ilə yekun hesabı müəyyənləşdirdi.

ƏN ÇOX NƏ SEVİNDİRDİ?

“Nəticə, oyun, döyüşkən ruh, azarkeşlər, mənim oyunçularım – hər şey. İkinci hissə ilk hissədəki kimi yaxşı alınmadı, amma bu Klaudioya (Ranyeri) görə oldu, hansı ki, fasilədən sonra komandnaı gücləndirdi. O, ağıllı adamdır, çox təcrübəlidir, əsl hiyləgər tülküdür. O, oyunu oxuya bilir və başa düşürdü ki, biz niyə ilk hissədə belə rahat şəkildə oyuna nəzarət edirik, sonra dəyişikliklər edir və komandasını gücləndirir.

“Arsenal” ilə oyundakı və bu oyunun ilk hissəsinin belə keçməsindən sonra yaranan yorğunluq da öz sözünü dedi. Ona görə də ikinci hissədə bizim pressinq və ötürmələrin sürət səviyyəsi aşağı düşdü. Amma ən əsası biz nəticə qazandıq, çox vacib bir nəticə”.

XUAN MATA HAQQINDA

“Xuan elə Xuandır. Keyfiyyət, intellekt hər zaman onun oyununda öz əksini tapır. O, səmimi insandır, kluba sadiqdir. O, oynayanda komanda üçün oynayır, oynamayanda isə yenə komanda üçün mübarizə aparır. Mata həmin oğlanlardandır ki, tamamilə hər şeyə hörmət edir. Və biz hamımız bilirik ki, Xuan elə Xuandır. Onu ifadə etməyin ən yaxşı yolu budur”.

DİOQU DALO HAQQINDA

“Mən skaut deyiləm və belə işlərlə də məşğul olmuram.Sadəcə mənə Dalonu tapmaq qismət oldu, çünki o, portuqaliyalıdır və mən bu bazarı yaxşı tanıyıram. O, fantastik istedadı olan bir futbolçudur!

Əlbəttə, təəssüf ki, “Porto”da oynayanda zədələndi və əməliyyat olundu, amma buna görə çox klublar ondan imtina etdilər, zədədən sonra əməliyyat olunmuş futbolçunu almaqda risk eləmək istəmədilər. Biz isə qərara gəldik ki, onu alaq, çünki onu itirmək istəmirdik və başa düşürdük ki, bu zədə ilə bağlı problemi həll etmək olar. İndi o, bizdədir. Ona hələ çox şey öyrənmək lazımdır, amma  19 yaşı üçün çox fiziki cəhətdən kompaktdır, formalaşmış bir bədəni var. O, texnika cəhətdən çox yaxşıdır, futboldan əsl zövq alır, hər zaman irəliyə gedir və kroslarda çox yaxşıdır. Biz ondan çox razıyıq”.

KOMANDA ÜÇÜN MÜBARİZƏ APARMAQ

“Arsenal” ilə oyundan sonra uşaqlar başa düşdü ki, pis nəticədən də sonra razı qalmaq olar. Onlar həmin psixologiyanı bu oyunda göstərmək istədilər. Oyunçular hər şeylərini komanda üçün verəndə özlərini pozitiv hiss edirlər. Siz komanda üçün oynayanda – siz ən yaxşı komandasız”.

“VALENSİYA” İLƏ OYUNDA START HEYƏT HAQQINDA

“Valensiya” ilə oyunda oyunçularıma istirahət verəcəyəmmi? Bəli, istirahət bizə maneə olmayacaq. Elə oyunçular var ki, mütləq istirahət etməlidirlər, elə oyunçular da var ki, mütləq oynamlıdırlar. Bu etibar və ədalət məsələsidir, ona görə də əgər mən desəm ki, məsələn, Lukaku oynayacaq, deməli o, buna layiqdir. Andreas Pereyra – cavan oğlan, hansı ki, hər gün pələng kimi çalışır, amma hələ oynamır, start heyətdə meydana çıxaraq öz şansını qazanacaq və o, bu hüququ qazanıb. Ona görə də mən komandada dəyişiliklər edəcəm, çünki, qrupdan artıq çıxmışıq”.


Mənbə: manutd.com

0 comments