Joze: Poqba “Valensiya” ilə oyunda özünü göstərməlidir

Poqba, Joze
Paylaş:

Joze Mourinyo təsdiq edib ki, Pol Poqba Çempionlar Liqasında “Valensiya” ilə oyuna start heyətdə başlayacaq.

Fransalı yarımmüdafiəçi “Fulhem” ilə oyunda ehtiyat oyunçular skamyasında oldu və Mourinyo hesab edir ki, ÇL-də qrup mərhələsinin son matçı Poqbanın özünü sübut eləməsi üçün yaxşı bir fürsətdir:

“Poqba “Valensiya”ya qarşı oyuna start heyətdə başlayacaq. O, fantastik bir oyunla hər kəsə necə yaxşı bir oyunçu olduğunu göstərəcək.

O, komanda ilə eyni mentalitetdə oynamalıdır. Pol fantastik bir oyunçu ola bilər. Bunun üçün onun potensialı var”.

Qeyd edək ki, “Mançester Yunayted” H qrupunda “Yuventus” ilə birlikdə növbəti mərhələyə yüksəlib. “Valensiya” isə mübarizəyə Avropa Liqasında davam edəcək. “Valensiya” – “Yunayted” matçı dekabrın 12-dən 13-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da start götürəcək.


Mənbə: ManUtd.com

0 comments