The Times: “Yeni namizədlər – Blan və Poçettino”

Maurisio Poçettino
Paylaş:

The Times xəbər verir ki, Joze Mourinyo istefaya göndərilikdən sonra mövsümün sonuna qədər “Mançester Yunayted”in baş məşqçi vəzifəsinə klubun keçmiş futbolçularından olmuş Loran Blan namizəddir.

Blan 2016-cı ildə “Pari Sen-Jermen”dən göndərilikdən sonra hal-hazırda işsizdir. Mənbənin verdiyi məlumata görə, Ed Vudvord istəyir ki, yeni namizəd klubdan uzaq, amma onu yaxından tanıyan və ənənələrini bilən biri olsun, hansı ki, bu halda Loran Blan ideal namizəd kimi görsənir.

Blan Ser Aleks Ferqyusonun vaxtında iki mövsüm “Yunayted”in heyətində çıxış etmişdi və İngiltərə çempionu olmağa bacarmışdı. Məşqçi kimi 3 dəfə PSJ-nin heyətində və bir dəfə isə “Bordo” ilə Fransa çempionu ola bilmişdi, amma heç vaxt İngiltərədə işləməyib.

Həmçinin, xəbər verilir ki, Mourinyonun ideal əvəzləyicisi kimi Vudvord “Tottenhem”in baş məşqçisi Maurisio Poçettinonu hesab edir. “Yunayted”in vitse-prezidentinin fikrinə görə, argentinalının oyun tərzi və onun gənclərlə işləmək bacarığı kluba çox yaraşır. Poçettinonun namizədliyini ser Aleks Ferqyuson da dəstəkləməyə hazırdır, hansı ki, çoxdandan onun istedadının pərəstişkarıdır, həmçinin, klubun idarə heyətinin üzvləri də bu seçiminin lehinə olacaqlar.

Həmçinin, Vudvord kluba idman direktoru vəzifəsinə namizədin kimliyini də tezləşdirmək istəyir. Həmin vəzifəyə Pol Mitçell gətirilə bilər, hansı ki, “Tottenhem”də Poçettino ilə birlikdə çalışıb.

Poçettinonun “Tottenhem” ilə müqaviləsi 2023-cü ilə qədər nəzərdə tutulub və əgər “Yunayted” onu klubun baş məşqçi vəzifəsinə gətirəcəksə, 34 milyon funtundan keçməli olacaq.


Mənbə: The Times

0 comments