Jozenin məşqçi heyəti də klubu tərk etdi

məşqçi heyəti
Paylaş:

Manchester Evening News öz mənbələrinə istinadən xəbər verir ki, Mourinyonun bütün məşqçi heyəti, istisna olaraq qapıçılar üzrə məşqçi Emilio Alvares, həmçinin, köməkçiləri Maykl Kerrik və Kiran MakKennadan başqa hamısı Jozenin ardınca klubu tərk ediblər.

Alvares Jozenin kluba 2016-ci ildə gəlişinə qədər onunla heç vaxt çalışmamışdı, belə ki, əvvəllər o, David De Hea ilə birlikdə “Atletiko”da işləmişdi və “Yunayted”in ispan qapıçısını yaxşı tanıyır.

Xəbərdə deyilir ki, qapıçılar üzrə əsas məşqçi Silvino Loru, rəqiblər üzrə təhlilçi Rikardo Formazinyo, fiziki hazırlıq üzrə məşqçi Stefano Rapetti və Karlos Lalin, həmçinin digər təhlilçi Covanni Sera klubu tərk edənlər sırasındadırlar.


Mənbə: Manchester Evening News

0 comments