Sulşer komandanın vəziyyəti haqqında

Ole Qunner Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Mançester Yunayted”in baş məşqçisi kimi bu gün ilk mətbuat konfransını keçirib və jurnalistlərin suallarını cavablandırıb. 

Sabah Premyer Liqanın 18-ci turu çərçivəsində komandamız “Kardiff Siti”nin qonağı olacaq. Oyun öncəsi təşkil olunan press-konfransda komandanın vəziyyəti, heyətdəki zədəlilər barədə danışarkən Ole deyib:

“Lukaku üzrlü səbəbdən bir neçə gün bizimlə olmayacaq. Yəni mən hələ onu görməmişəm. Bu, mən gəlməmişdən qabaq verilmiş bir qərardır və çox yaxşı bir qərardır. Mən həmçinin Aleksis ilə də görüşməmişəm, çünki o da öz formasını bərpa etmək üçün çalışmalar edir”.

Ole bildirib ki, “Kardiff” matçı üçün heyət seçərkən Maykl Kerrik və Kiran Makkenna ilə məsləhətləşəcək:

“Təbii ki, Maykl və Kiran uzun müddətdir buradadır və heyəti məndən daha yaxşı bilirlər. Onların seçim etmək və söz demək hüquqları var, amma qarşıdakı 10-15 gün ərzində bizi bir neçə oyun gözləyir, buna görə də yaxşı nəticələr əldə edə biləcək heyət seçməliyik”.

“Bizim nəticələrə ehtiyacımız var, lakin hər bir oyunçu da bu ərəfədə meydana çıxmaq üçün hazır olmalıdır, çünki vəziyyət bunu tələb edəcək və biz rotasiyalar etməli olacağıq”.

“Kiran və Maykl çox yaxşı yetişiblər, bunu deməliyəm. Evə qayıtmaq və bu inkişafı görmək çox xoş oldu. İndi işimiz oyunçuları yaxından tanımaq, onları incələmək və keyfiyyətləri barədə xəbərdar olmaqdır. Təbii ki, bu heyəti Norveçdə olarkən az-çox izləmişəm. Amma oyunçuları yaxından tanımaq, onları inkişaf elətdirmək mənim işimdir”.


Mənbə: ManUtd.com

0 comments