Ole: “PSJ ilə oyuna qədər tam hazır olmalıyıq”

Sulşer
Paylaş:

MUTV kanalına eksklüziv müsahibə verərkən Ole Qunner Sulşer UEFA Çempionlar Liqasında “Paris-Sen Jermen” ilə oyun barədə danışıb.

İlk öncə “Molde”də olarkən “Sevilya”nı məğlub etdikləri oyunu xatırladıb və PSJ ilə oyuna qədər görüləcək bir çox işin olduğunu qeyd edib:

“Biz o “Sevilya”nı məğlub etmişdik ki, o komanda həmin mövsüm 3-cü dəfə Avropa Liqasının çempionu olacaqdı. Biz onları Moldedə məğlub etmişdik. Bilirsiz, bu, fantastikdir. Həftənin 1-ci günü idi, ÇL-də püşkatma keçirilirdi. Onda hələ mənim buraya gələcəyim heç gündəmdə belə deyildi. PSJ ilə qarşılaşacağımızı görəndə “Vau, bu nə şansdır” demişdim. “Old Trafford”da xüsusi gecələr olub, bilirsiz. Çox möhtəşəm oyunçularınız var ki, “Old Trafford”un projektorları altında bizim ən möhtəşəm oyunçularımıza qarşı oynayacaqlar. Kavani, Neymar, Mbappe – bu oyunçuların bizim evimizdə bizə qarşı oynayacaqlarını düşünmək oyuna olan səbirsizliyimi hər keçən gün daha da artırır. Amma ona qədər hələ bizim bir neçə oyunumuz var. Biz komandanın əsasını indidən qoymalıyıq ki, PSJ ilə oyuna tam güc və inamla meydana çıxaq. Əgər bunu edə bilsək, əla olacaq”.


Mənbə: Daily Mail

 

0 comments