Sulşer “Kardiff” ilə oyundan sonra

Ole Qunner Sulşer
Paylaş:

Premyer Liqanın 18-ci turu çərçivəsində keçirilən “Kardiff Siti” – “Mançester Yunayted” (1-5) matçının ardından komandamızın yeni baş məşqçisi Ole Qunner Sulşer BT Sport kanalına müsahibə verib.

Müsahibənin əsas hissələrini təqdim edirik.

Qarşıdakı bütün oyunlara bu cür yanaşmalıyıq

“Biz hələ ki, bir oyun keçirmişik. Bizdən yuxarı pillələrdən hələ 8-9 xal geridəyik. Hər dəfə bir oyun oynayırsan. Növbətə oyunumuz “Boksinq Dey” çərçivəsində “Haddersfild”ə qarşı olacaq. İndi uşaqlar bugünkü qələbədən həzz alsınlar, sonra isə növbəti oyunumuza hazırlaşaq. Növbəti məşq sessiyasında çox da əlavə şeylər edə bilməzsən, hələlik bir neçə şey üzərində işləyək, çünki görülməli çox iş var. Mən və Felan bir az fərqli fikirlərlə oyuna yanaşdıq və istəyirik ki, bu cür də davam edək, yavaş-yavaş. Əlbəttə ki, sən qürur duyursan və təvazökarsan. Bütün həftə tamamilə emosional oldu. Bu, bir başlanğıc idi və ardı gələcək”.

Dünən ən yaxşı gecəm idi

“Möhtəşəm bir paltardəyişmə otağımız var. Futbolçular klub üçün hər şeylərini vermək istəyirlər. Onların formasında “Mançester Yunayted”in emblemi var və bunun da səbəbidir ki, onlar çox keyfiyyətli futbolçulardır və buna görə “Yunayted”də oynayırlar. Yeni adamlar tanıdıqda bir az həyəcanlı olursan, açığı, dünən gecəki yuxum ən yaxşısı idi, çünki qəflətən hiss etdim ki, mən sakit ola bilərəm. Onlar çox kömək oldular, Kiran və Maykl isə paltardəyişmə otağında çox möhtəşəm atmosfer yaradıblar”.

Bütün oyunlara bu cür yanaşmağımızı istəyirəm

“Əgər qarşıdakı bütün oyunlara bu cür yanaşsaq… Onlardan bütün oyunlara bu cür yanaşmalarını istəyirəm. Kombinasiyalı oyun, yalnız irəli oynamalarını istəyirik. Təbii ki, hər oyunun öz tələbləri var və mən düşünürəm ki, hücumların əsası müdafiədən başlayırdı. Fikrimcə, iki cinah və iki mərkəz müdafiəçilərimiz bu gün çox fantastik oynadılar”.

İş əmsalı önəmlidir

“Dünyada ən asan şey özünün faydalı iş əmsalı üzərində çalışmaqdır, çünki bu, havayıdır. Bu, sadəcə oyunçuların davranışı və tətbiqlərindən asılıdır. Bu durumda onlar normaldan 2 və daha artıq çox qaçırlar. Amma Linqard və Reşfordun adlarını bu baxımdan daha da qabarıq çəkə bilərsiniz – onlar daha çox qaçdılar”.

Cinah müdafiəçilərinin oyunu

“Biz dünən bir az oyun sxemləri üzərində çalışdıq, bəli, istədik ki, Eşli Yanq və Lyuk Şou Antoni Marsialı daha çox topla təmin etsinlər və ona dəstək olsunlar. Çünki Marsial təkbətək mübarizələrdə çox yaxşıdır. Eşli də sağ cinahdan dəstək olurdu. Və bu planımız çox yaxşı işlədi”.

Oyunçular fantastik nəticə verdilər

“Mən kluba 3-cü gün axşam gəlmişəm, oyunçularla sadəcə 4 və 5-ci günlər bir yerdə olmuşam. Düşünürəm ki, bəlkə də bu gün Ueyn Runidən aldığım mesajlar bizə kömək elədi! O, bizə dedi ki, oyunçuların oyundan zövq almalarını istəyin, pozitiv və hücum futbolu oynamalarını təmin edin, “Mançester Yunayted” kimi olsunlar. Və biz də bunu istədik, çünki həm mənim üçün, həm də onlar üçün çətin bir həftə oldu. Onların ətrafında dolanan bir sıra şeylər var idi, buna görə də fantastik cavab verdilər”.


Mənbə: ManUtd.com

0 comments