“Haddersfild” ilə oyun öncəsi komandanın vəziyyəti

Ole Qunner Sulşer
Paylaş:

Ole Qunner Sulşer Premyer Liqada sabah keçiriləcək “Mançester Yunayted” – “Haddersfild Taun” matçı üçün hansı heyəti seçəcəyinə dair götür-qoy edir.

“Kardiff Siti” səfərində 5-1 hesablı qələbə qazanan “Yunayted”in heyətində növbəti matç üçün rotasiyaların olacağı gözlənilir. Komandanın heyətində yeni zədəli yoxdur və kiminsə zədəsini sağaltmağı ilə bağlı da hansısa məlumat verilmir. Belə ki, Kris Smollinq, Markos Roho, Antonio Valensiya, Skott MakTominey və Romelu Lukaku “Kardiff Siti” ilə oyunun iştirak ərizəsində yer almamışdılar. Aleksis Sançez isə hələ ki, bərpa prosesi keçir.

Ole bildirmişdi ki, “Boksinq Dey” ərəfəsində komandanın heyətində rotasiyalar edəcək və hər kəs oynamağa hazır olmalıdır:

“Komandada hər kəs bilir ki, oynamaq şansı əldə edəcək. Kim getdi, nə oldu, oldu. Hər kəs hər şeyə təmiz başla start verir. Biz oyunçulara şans verməklə onların özlərini nümayiş etdirməsini görmək istəyirik”.

Sulşer həm də qalib heyətdə necə rotasiyalar edə biləcəyi barədə düşünür. “Kardiff” ilə oyunun ikinci hissəsində meydana daxil olan Maruan Fellayni, Andreas Perreyra və Fred kimi oyunçular bu dəfə onun əsas heyətində yer ala bilərlər.

Cari çempionatın 19-cu pilləsində qərarlaşan “Haddersfild” isə “Old Trafford”a Tommi Smit, Denni Uilyams, Abdelhamid Sabiri və Aaron Muy kimi oyunçulardan yoxsul yollanır, lakin Raciv van la Parra zədəsini sağaldaraq “Yunayted” ilə oyunun iştirak ərizəsində yer ala biləcək kimi görünür.

Qeyd edək ki, matç sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


Mənbə: ManUtd.com

0 comments