“Haddersfild” ilə oyuna hazırlaşan futbolçular

Antoni Marsial
Paylaş:

“Haddersfild” ilə oyuna hazırlaşmaq üçün komanda adəti üzrə “Lauri” otelə gəlmişdi və həmin futbolçular arasında komandanın fransız hücumçusu Antoni Marsial görsənməyib.

Lakin Manchester Evening News xəbər verir ki, “Mançester Yunayted”in hücumçusunun heç bir zədəsi yoxdur və o, komandaya sonradan qoşulacaq.

Ole Qunner Sulşer yenidən komandaya əvəzedicilərin yarımmüdafiəçisi Eyncel Qomesi götürüb. Portuqaliya əsilli 18 yaşlı ingilis futbolçu “Kardiff”lə oyunda da komanda ilə birlikdə olmuşdu, amma həmin vaxt ştirak ərizəsinə salınmamışdı.

Romelu Lukaku və Aleksis Sançes hələ də komandaya qoşulmayıblar və hal-hazırda Olenin sərəncamında yalnız bir nominal hücumçu var – Markus Reşford.

“Lauri” otelinə gələn futbolçular:

De Hea, Romero, Qrant, Şou, Yanq, Dalo, Lindelöf, Bayi, Cons, Matiç, Pereyra, Fellayni, Errera, Fred, Mata, Poqba, Qomes, Linqard, Reşford.


Mənbə: Manchester Evening News

0 comments