Sulşer “Haddersfild” ilə oyundan sonra

Ole Qunner Sulşer
Paylaş:

“Mançester Yunayted” bu gün “Old Trafford”da Premyer Liqanın autsayderi “Haddersfild Taun” komandasını Nemanya Matiç və Pol Poqbanın qolları ilə 3-1 məğlub etdi.

Oyun sonrası Ole Qunner Sulşer MUTV kanalına müsahibə verib. Müsahibənin əsas hissələrini təqdim edirik.

Meydana baş məşqçi kimi çıxmaq hissi

“Bu, məni qürurlandırır. Açığı, bu cür sakit, emosiyalardan uzaq və oyuna kökləndiyim üçün təəccübləndim. Zövq aldım”.

Növbəti oyuna qədər 3 oyunçu zədəsini sağalda bilər

“Çox güman ki, Lukaku, Aleksis və Marsial triosu – sahib olmaq üçün heç də pis üçlük deyillər. Yəni 2-0, 3-0 hesabı ilə öndə olduğun bir oyuna sonradan daxil olaraq fərqlilik yarada biləcək oyunçularının olması möhtəşəm bir şeydir”.

Poqba daha da artıracaq

“Onun 2 qol vurduğunu görmək çox gözəl oldu. O, keçən oyun “Kardiff”ə qarşı qollar üçün imkanlar yaratdı, bu dəfə isə özü qollar vurdu. O, bu iki oyundan sonra daha da yaxşı vəziyyətdə olacaq. Yəni o, daha da yaxşı formada olacaq və bunun üçün komanda ilə məşqlərini davam etdirir. Oyunun sonlarına yaxın bir az yorğun görünürdük və indi “Bornmut”la oyun üçün qarşıdakı 3 günü səmərəli keçirməliyik”.

Yanq və Erreranın meydana daxil olması barədə

“Biz oyuna bir az təcrübə qatmaq istədik, Ander və Eşlinin meydana daxil olması ilə blokun ətrafındakı oyunçulara sahib oluruq. İkinci hissədə bir az çətinlik çəkdiyimizi hiss edirdim və bu dəyişiklikləri etməklə bu məsələni həll etmək istədim”.

Zehniyyəti dəyişdirmək

“Bir həftə içində heç nəyi dəyişə bilməzsiniz, lakin zehniyyəti dəyişirsiz. Komandamın müəyyən bir tərzdə oynamağını istəyirəm və onlara kiçik işarələr verdim. Davam edən bir çalışmadır, budur. Oyunçuların bir məşqçidən digərinə keçməsi zaman alır. Amma bu, zaman keçdikcə yaxşılaşacaq”.

De Heanın möhtəşəm qurtarışı

“Nəticə çox gözəl oldu. Oyunu qazanmaqla 3 xal əldə edirsiniz. Oyuna ləng start verdiyimizi deyə bilərəm, lazımi qədər epizodlar yaratmadıq, amma qol vurduqdan sonra daha yaxşı oynadıq və daha cəld ötürmələr etdik. Birinci hissənin sonlarına yaxın elə vəziyyətlər oldu ki, sanki 2-0 önə keçəcəyik və intriqa öləcək. Amma ikinci hissənin ilk dəqiqələrində bir az çətinlik çəkdik və Davidin qurtarışı ən önəmli an idi. Bütün komandaları bilirsiz, bilirsiz ki, evdə və ya səfərdə olmanızdan asılı olmayaraq, onlar sizə qarşı şanslar əldə edəcəklər və Premyer Liqada çıxış edən komandalar yüksək keyfiyyətə sahibdir. O qurtarış indiyədək gördüyüm ən yaxşılardan biri olmalıdır – bəlkə də ən yaxşısı”.


Mənbə: Manutd.com

0 comments