Alleqri “Yunayted”i çalışdırmaq istəyir

massimiliano alleqri
Paylaş:

The Dail Mail xəbər verir ki, Massimiliano Alleqri gələn yay “Mançester Yunayted”i çalışdırmaq istəyirdi.

“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino “Mançester Yunayted”in rəhbərliyi üçün hələ də nömrə bir namizəddir, lakin digər variantlar da nəzərdən keçiriləcək.

51 yaşlı Alleqri “Yuventus”la ardıcıl dörd dəfə ölkə çempionu olublar və Turin təmsilçisini 2015 və 2017-ci illərdə Çempionlar Liqasının finalına qədər apara bilmişdi. Xəbər verilir ki, keçən il italyan mütəxəssis ingilis dili dərsləri alırdı və Premyer Liqada çalışmağı çox istəyir.

Mənbənin verdiyi digər xəbərdə isə yazılıb ki, “Yunayted”in baş məşqçi vəzifəsinə digər namizəd isə “Atletiko”nun çalışdırıçısı Dieqo Simeonedir.


Mənbə: The Daily Mail

0 comments