“Yunayted” – “Bornmut”: oyun öncəsi mətbuat konfransı

Ole Qunner Sulşer
Paylaş:

Ole Qunner Sulşer “Bornmut” ilə oyundan qabaq təşkil olunmuş mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb.

KOMANDA HAQQINDA

“Bizim son  oyundan sonra elə də çox məşqimiz olmayıb, dünən bizdə istirahət günü idi, bu gün isə məşqimizin ilk günüdür. Rom (Lukaku), Marsial və Aleksis ümid edirəm ki, bu gün bizimlə məşqimizin bir hissəsində iştirak edəcəklər və ona necə keçirəcəklərini görəcəyik. Roho və Skott çox güman ki, tezliklə heyətə qayıdacaq. Smollinqin isə ayağı ağrıyır, ona görə də düşünmürəm ki, Yeni ilə qədər onu görə bilək və ya ola bilsin ki, “şpurs”la oyuna qədər də, amma kim bilir”.

BİR HƏFTƏLİK İŞİN NƏTİCƏSİ

“Elə işlər var ki, biz hələ onun üzərində işləməliyik. Biz elə-belə bu mövqedə deyilik, biz stabil çıxış etməmişik, qapımızı toxunulmaz saxlaya bilmədik, kifayət qədər qol vura bilmədik, standart vəziyyətlərdən qol buraxdıq. Müdafiədə oyunumuz pis deyildi, amma bizə qol buraxmamaq adətini qaytarmaq lazımdır. Futbol komandasında sən hər zaman çatışmayan cəhətləri düzəltməyə çalışırsan. Mən başqa klubdan gəlirəm və mənə nəyisə tez dəyişmək çox çətindir, mənim vəzifəm – oyunçularla danışmaqdır, onların hislərini başa düşməkdir, özünəinam səviyyəsi, çünki hər birimizdə komandanın inkişafının məsuliyyəti var”.

SANÇES VƏ LUKAKU HAQQINDA

Sulşerdən soruşublar ki, Aleksis və Lukakunun da oyununda dəyişiklik edə bilər, necə ki, bunu Pol Poqbada edib.

“Mənə elə gəlir ki, siz sualı düzgün vermirsiz, mən onların meydandakı çıxışlarına heç nə edə bilmərəm, Pol özü bunu bacarıb. Antoni, Rom və Aleksislə söhbətlərimdə mən onlara istiqamət verməyə çalışacam, özlərini meydanda necə göstərəcəklər, bax bu onların özlərindən asılıdır. Polun oyununa mənim təsir qoyduğum fikiri ilə razı deyiləm. Hər şey onların özlərindən asılıdır, futbolçu şans qazananda bundan istifadə etməlidir. Mən bir neçə təlimatlar verirəm, əlbəttə, meydanda sərbəstlik də, amma mən başqa məşqçi kimi hər zaman belə etmişəm və mən oyunçulara başa sala bilmərəm ki, onların mövqeləri üzrə olan futbolçular nələri etməlidirlər. Onlar bu klubda müəyyən səbəbdən peyda olublar. Ona görə də özlərinin bütün bacarıqlarını və kreativliklərini göstərməlidirlər və bu klubda oynamalarından zövq almalıdırlar. Bu onların həyatlarının ən yaxşı vaxtıdır, amma baş məşqçi olmaq da pis deyil”.

POQBA HAQQINDA

“Məncə Pol yüksək səviyyəli səviyyəli oyunçudur. O, dünyada top-futbolçulardan biridir. Hücum oyununda özünü ən yaxşı tərəfdən göstərir. Amma o, həm də hündür boy oğlandır, hava toplarında və təkbətək epizodlarda qalib ayrıla bilər, bu cəhətdən Poqba da hamı kimidir. Onun öz işinə əla münasibəti var və bu əsas məqamdır, oyunçu hər zaman oyunun axırında yorulmalıdır. O, özünü top-səviyyəli oyunçu kimi göstərdi və biz çalışacayıq ki, onun ətrafında komanda yığaq, amma heyətimizdə keyfiyyətli futbolçular çoxdur”.

EYNCEL QOMES HAQQINDA

“Ser Mett (Basbi) bir dəfə belə deyib ki, əgər onlar kifayət qədər yaxşıdırlarsa, onda onlar əsas komanda üçün kifayət qədər böyükdürlər. Biz bu ənənə ilə komanda qururuq, biz istəyirik ki, gənc oyunçular əsas komanda yüksəlsinlər, bu akademiyamız üçün çox vacibdir. Mən gənc oyunçuları komandaya cəlb etmək istəyirəm, bizim U18 komandasında iki ya üç istedadlı futbolçumuz var, hansı ki, artıq qapını döyürlər. Bizim zədəli və yorğun futbolçularımız var və bu gənc oyunçular üçün bir şansdır. Nil Rayan (U18-in məşqçisi) və Riki Sbraca (U23-ün məşqçisi) məni həmişə məlumatda saxlayırlar”.

ANTONİO VALENSİYANIN KAPİTANLIQ STATUSU HAQQINDA

“Antonio oynayaca biləcəyi halda olarsa, kapitan olacaq. Onun bir neçə ağır məşqi olub ki, mövsümün bu çətin hissəsinə hazır olsun. Dünyada onun kimi hücuma yaxşı qoşula biləcək cinah müdafiəçiləri çox azdır, ona görə də siz onu yenidən kapitan sarğısı ilə görəcəksiz”.

KOMANDANIN ƏHVALI HAQQINDA

“Komanda qələbə qazananda hamı xoşbəxt olur, ona görə də bu qələbə seriyasını “Bornmut” ilə oyunda da davam etməliyik. Biz iki fantastik oyun keçirtmişik və növbəti oyun üçün də bu implusu saxlamaq çox vacibdir, çünki məğlubiyyətdən sonra gülən üzü çətin ki, tapa biləsən”.


Mənbə: Manchester Evening News

0 comments