Sulşer “Bornmut” ilə oyundan sonra

Ole Qunner Sulşer
Paylaş:

Ole Qunner Sulşer “Bornmut” ilə oyundan sonra “Mançester Yunayted”in çıxışını çox yüksək qiymətləndirib.

Norveçli məşqçinin ardıcıl üçüncü oyununda da “Yunayted” Pol Poqbanın (2 dəfə), Markus Reşfordun (1) və Romelu Lukakunun (1) qolları sayəsində 4-1 hesablı qələbə qazanıb.

BİZ OYUNU YAXŞI İDARƏ EDİRDİK

“İlk hissədə biz yüksək temp ilə, yüksək enerji ilə, hücum edirdik, topu özümüzə tez qaytarırdıq, amma “Bornmut”un qoluna olunan reaksiya əla idi. Mən hesab edirəm ki, oyunun ikinci hissəsini yaxşı keçirtdik. Biz oyunu daha yaxşı idarə edirdik, nəinki “Haddersfild” ilə oyunda olduğu kimi.

POQBA BUNDAN ARTIĞINI EDƏ BİLMƏZDİ

“Bir yarımmüdafiəçi tərəfindən sərgilənən çox yüksək səviyyəli bir performans idi. Onun faydalı iş əmsalı, o, cərimə meydançasında təhlükəli idi, başla mübarizələrdə qalib idi, topa müdaxilələlər edirdi. Toxunuş, ötürmə və hərəkət. Çox faydalı bir oyun oynadı. Və Pol bilir ki, öz oyununu oynayarkən ən yüksək səviyyədə olur. Yalnız bir epizod xatırlayıram ki, sürüşdüyü üçün topu qəbul edə bilmədi. Amma ümumi götürsək, bundan daha yaxşı çıxış edə bilməzdi. Bütün oyunçularımızdan ən yaxşı vəziyyətlərini görmək istəyirik, özlərindən zövq almalarını istəyirik, amma bizim istədiyimiz oyun çərçivəsində. Hər bir oyunçumuz özlərinin yüksək standartlarından da yüksək səviyyədə çıxış etdilər”

REŞFORDUN İNANILMAZ İŞ ETİKASI VAR

“Düşünürəm ki, mən gələndən bəri Markus tamam başqa səviyyədə çıxış edir. O, indi 3 oyuna 2 qol vurub. İş əmsalı inanılmazdır. O, dərinlərə doğru hərəkət edir, müdafiənin arxasına keçir və bu gün Pol Poqbaya ötürmə etmək üçün etdiyi hərəkətlər çox möhtəşəm idi. İlk öncə topu saxladı və birinci müdafiəçini keçmək üçün fürsət qazana bilmədi, amma daha sonra ikinci müdafiəçini də keçdi. Dünyanın ən yaxşı hücumçularından biri olmaq üçün onun bütün potensialı var”.

BAYİNİN QIRMIZI VƏRƏQƏ ALMASI

“Erik başa düşür ki, bu tələsik hərəkət idi, belə oynması üçün səbəbi yox idi. Sadəcə ayaq üstə qalmaq lazım idi. Amma zaman keçdikcə, oyunun gərginliyindən topu tez qaytarmaq istəyirsən və bəzən biz səhvə yol veririk. Erik öz səhvini hamıdan daha yaxşı başa düşür”.

LUKAKUNUN QOLU HAQQINDA

“O, çox yaxşı hədəfçidir, amma əgər siz ona mütləq hədəfçi olmalısız deyirsinizsə, ola bilsin ki, heç vaxt fərqlənə bilməsin. Bu gün o, hücumun mərkəzində oynamadı, ona görə də müdafiəçilərdən yayına və ya topa tərəf istiqamət ala bildi. Top-hücumçu olması üçün onun bütün keyfiyyətləri var, amma bizə onun forması üzərində işləmək laızmdır, bir neçə gündür məşq etmirdi. Mən şadam ki, qol vura bildi, baxmayaraq ki, yarım yard da olsa oyundankənar vəziyyətdə idi, amma çox yaxşı idi”.

LİNDELÖF UYĞUNLAŞA BİLİB

“O, əsil avropalı müdafiəçidir. O, topu qəbul etməyi bacarır, yaxşı ötürməsi var, o, bilir ki, oyunu nə vaxt sürətləndirmək, nə vaxt tempi aşağı salmaq olar. İngilis futbolu Avropa futbolundan fərqlənir və ona görə də Viktora uyğunlaşmaq üçün vaxt lazım idi, amma deyə bilərik ki, son üç oyunu çox yaxşı keçirtdi”.

“BORNMUT”UN QOLU HAQQINDA

“Biz hər zaman öz oyunumuzu inkişaf etdirməyə çalışırıq. Bu liqada bir saniyə belə sönmək olmaz. Bizə kənardan görsənirdi ki, onlar nə etmək istəyirlər və onlar bunu etdilər. Biz oyunu qol buraxmadan bitirmək istəyirik, bizə bunun bünövrəsini qoymaq lazımdır ki, hücum dördlüyümüz oyundan həzz ala bilsinlər. Sən biləndə ki, etibarlı müdafiən var, onda sənə rəqib qapısında təhlükə yaratmaq daha asan olur. Amma bu çox yaxşı çıxış idi, azarkeşlər həzz ala bildilər. İndi isə bizi növbəti sınaq gözləyir – “Nyukasl” ilə matç”.


Mənbə: manutd.com

0 comments