Yeni iliniz mübarək!

Yeni il
Paylaş:

Əziz “Mançester Yunayted” azarkeşləri!

Klubumuz üçün çətin keçən daha bir ili geridə qoyuruq. Bir azarkeş kimi üzüntülərimizi, sevinclərimizi bir bölüşdük. “Yunayted”in hələ də layiq olmadığı yerdə görmək bizim üçün nə qədər ağır olsa da, dekabrın son günlərində baş vermiş dəyişikliklərdən sonra gələcəyə üçidlər yenidən artıb. Ümid edirik ki, qarşıdan gələn ildə azarkeşi olduğumuz komanda iri addımlarla əvvəlki əzəmətini qaytara biləcək.

Bu gün, həmçinin, kluba əvvəlki əzəmətini qaytaran, onu ən böyük klubların zirvəsinə yüksəldən ser Aleks Ferqyusonun 77-ci doğum günüdür. Boss üçün bu il heç də uğurlu keçmədi. Beyinə qan sızmasından sonra komaya düşən ser Aleks uzun müddət tribunadan uzaq düşdü. Şükürlər olsun ki, dahi insanı yenidən tribunalarda görə bilir. Təzə ildə ser Aleksə ilk növbədə möhkəm can sağlığı, uzun ömür arzulayırıq.

Sonda fan-klub adından elə bütün fan-klub üzvlərini, ümumiyyətlə, bütün “Mançester Yunayted” azarkeşlərinə yeni ildə işlərində, şəxsi həyatlarında uğurlar arzulayırıq. Azarkeşliyiniz güclü və keyfiyyətli olsun!

Hörmətlə!


 

0 comments