“Nyukasl” ilə oyundan öncə komandanın vəziyyəti

Sulşer
Paylaş:

Ole Qunner Sulşer 2019-cu ilin ilk qarşılaşmasını “Nyukasl” ilə səfərdə keçirəcək və bu matç haqqında planlarını bölüşüb.

Bu oyunda Erik Bayi dəqiq iştirak etməyəcək, çünki “Bornmut” ilə qarşılaşmada aldığı birbaşa qırmızı vərəqənin diskvalifikasiya müddətinin bitməsini gözləməli olacaq.

“Albalılar”la oyunda meydana sonradan daxil olan Fil Cons çox g üman ki, “sağsağanlar”la matçda Viktor Lindelöflə müdafiənin mərkəzində yer alacaqlar. Kris Smollinq yalnız 13 yanvarda “Tottenhem” ilə oyunda qayıda bilər. Markos Roho isə hələ zədəsini sağaltmaqla məşğuldur.

“Nyukasl” ilə səfərdən öncə yalnız iki mərkəz müdafiəçisi ilə qalması haqqında suala Sulşer belə cavab verib: “Bu qədəri kifayətdir, elə deyilmi? İkisi bəs eləməlidir! Əlbəttə, bizim Darmianımız var, hansı ki, müdafiənin mərkəzində də çıxış edə bilər. Mən hesab etmirəm ki, Roho oynaya biləcək, ona görə də Darmian bizim ehtiyat mərkəz müdafiəçimiz olacaq”.

Aleksis Sançes norveçli baş məşqçinin rəhbərliyi altında ilk oyununa çıxa bilər.

“Aleksisin son bir neçə gündə yaxşı məşq təlimləri olub və “Bornmut” ilə qarşılaşmada iştirak etmək istəyirdi, amma biz onun formasını nəzərə almalı idik. O, bütün ayı oynamayıb. O, “Nyukasl” ilə oyunda iştirak edəcək, bəli”.

“O, elə oyunçulardandır ki, hər dəfə meydana çıxmaq istəyir. O, dedi ki, meydana çıxmaq istəyir, amma mən hesab etdim ki, ona hazırlaşmaq üçün bir az da vaxt lazımdır. O, hələ optimal forma yığa bilməyib, amma səbrsizlikdən alışıb-yanır”.

Sulşerin sözlərinə görə yorğunluq Markus Reşforda “sağsağanlar”la oyunda oynamasına maneə olmamalıdır.

“Məncə Markusla hər şey qaydasında olacaq. O, çox çalışıb və yüngülvari yorulub. Amma mən fikirləşirəm ki, “Nyukasl” ilə oyunda iştira edə biləcək. Mən buna ümid edirəm”.


Mənbə: manutd.com

0 comments