Sulşer “Redinq” ilə oyundan sonra

Ole Qunner Sulşer
Paylaş:

Ole Qunner Sulşer etiraf edib ki, özü “Mançester Yunayted”in işini start heyətdə doqquz dəyişiklik etməklə çətinə salmışdı, buna baxmayaraq, İngiltərə Kubokunun dördüncü mərhələsinə çıxmasına görə razıdır.

Serxio Romero qapısını toxunulmaz saxlaya bildi, baxmayaraq ki, rəqib tez-tez onu narahat etməyə çalışırdı, Xuan Mata və Romelu Lukakunun qolları isə “Yunayted”ə İngiltərə Kubokunun üçüncü mərhələsində “Redinq” üzərində qələbə gətirdi.

MƏN KOMANDAMIN İŞİNİ ÇƏTİNLƏŞDİRDİM

“Bu çox çətin oyun idi, amma hesab 2-0 oldu. Mən əsas heyətdə doqquz dəyişiklik etməklə işimizi çətinləşdirdim. Heç vaxt bir yerdə oynamayan komanda asan qələbə qazana bilməz. Ona görə də növbəti mərhələyə çıxdığımıza görə razıyam. Biz hər gün bir yerdə çalışırıq və əlbəttə, biz başa düşürük ki, fiziki formamız və  oyunçularla qarşılıqlı münasibət üzərində işləməliyik. Amma mən bu gün elə bir komanda yığdım ki, əvvəl heç zaman bir yerdə oynamayıblar və biz növbəti mərhələyə irəlilədik – bu yaxşıdır”.

“REDİNQ” YAXŞI OYNADI

“Biz onların oyununu təhlil etdik. Biz bilirdik ki, onlar bura gələcəklər və oynayacaqlar və mən mütləq deməliyəm ki, onlar yaxşı oynadılar. Onların keyfiyyətli oyunçuları var və bizə icazə vermədilər ki, topa sahib olaq, topa sahib olanda isə tez itirirdik, biz bunu başa düşürük. Biz çox şeydən danışmışıq, hansı ki, onların üzərində işləmək lazımdır.

VAR İLƏ BAĞLI İNSİDENT

“Mən oturduğum yerdən baxdıqda, təmiz penalti idi, VAR texnologiyasına ehtiyac yox idi, orada ofsayd epizodu da var idi, amma penalti qərarı verildi və yaxşı ki, Mata onu qola çevirə bildi”.

SANÇEZ “TOTTENHEM” İLƏ OYUNA HAZIR OLMALIDIR

“O axsayırdı və bunu mənə 1 dəqiqə əvvəl deməli idi, çünki mən artıq 2 əvəzetmə eləmişdim və oyunun sonları üçün 1 dəyişiklik də qalmırdı. Düşünürəm ki, onun vəziyyəti düzələcək, amma o, yorğun idi və ümid edirik ki, pis bir şey olmaz və qarşımızdakı həftədə vəziyyətini dah yaxşı analiz edəcəyik”.

LUKAKU YAXŞILAŞMAQ ÜZRƏDİR

“O inkişaf edir. Milad bayramına qədər də özünü yaxşılaşdırmaq üçün vaxtı var idi və indi də yaxşılaşmaq üzrədir. Ona tam oyun vaxtı lazım idi və məncə, Aleksisin ötürməsini çox gözəl qəbul etdi və qolla yekunlaşdırdı”.

DARMİAN ÇOX YAXŞI OYNADI

“Deməlisiz ki, o, bu gün ən böyük müsbət idi. Lukaku qol vurdu, amma Darmian da elə oynadı ki, sanki əvvəl də mərkəz müdafiəsində çıxış edib. O, mədəniyyətli bir italyandır və topla çox gözəl rəftar edir. Düşünürəm ki, yaxşı oynayan oyunçularımızdan biri oldu”.

TAHİT ÇONQ DA GÖZƏL OYNADI

“O, iki və ya üç gözəl şey elədi, tamaşaçıları həyəcanlandırdı. O, əvvəllər pis bir zədə alıb, lakin indi yaxşıdır və yenidən komandaya qayıdıb. 19 yaşında ikən ilk böyük matçına çıxarkən çox da qaçmırsan, amma o, bir neçə gözəl hərəkət elədi ki, bunları da məşqlərdə çalışır. Hesab 2-0 idi və o, meydana sadəcə oynamaq xatirinə çıxmamışdı. Hesab 4-0 deyildi, buna görə də o, özünü göstərməli idi. O, müdafiəmeyilli də yaxşı oynadı və fikrimcə, bu oyunu hər zaman xatırlayacaq”.

“UEMBLİ”DƏ DAHA YAXŞI OYNAMALIYIQ

“Biz çox zaman yaxşı oynamışıq, amma hər dəfəsində fantastik futbol oynaya bilməzsiz. Və bugünkü dəyişikliklərə baxdıqda eyni ritm və axıcılıqda olacaq bir oyun güman edə bilməzdiniz. Bəzi fərdi keyfiyyətlər bəzən bizi irəliyə apardı. Biz bir neçə günlük bərpa prosesinə gedirik və yaxşı çalışmalıyıq, çünki bilirik ki, əgər bu performansı “Uembli”də “Tottenhem”ə qarşı da sərgiləsək, evə quru oyun və xal ilə qayıtmayacağıq”.

AZARKEŞ NƏĞMƏLƏRİ BARƏDƏ

“Mayk Felanın şortiki barədə oxuduqları çant daha maraqlı idi. O, tez bir zamanda şortikini geyinməlidir (gülür)”.


Mənbə: manutd.com

0 comments