Komanda Dubaya yollanıb

De Hea Errera
Paylaş:

“Mançester Yunayted” Premyer Liqada növbəti oyunlar öncəsi hazırlıqlarını keçirmək üçün Dubaya yollanıb.

Ole Qunner Sulşer FA Kubokunda “Redinq” ilə oyunun ardından komandanın bir sıra üzvləri ilə bərabər Dubaya yola düşüb. Fotoqraflar tərəfindən görüntülənən oyunçuların siyahısında Poqba, Fred, Roho, Darmian və Romero yer almayıb. Onların sonradan komandanın düşərgəsinə qoşulacağı gözlənilir. MEN fotoqrafları tərəfindən Dubaya yollanarkən görüntülənən oyunçular:

De Hea, Qrant, Bayi, Şou, Lindelöf, Dalo, Yanq, Smollinq, Valensiya, Errera, Perreyra, Qarner, Matiç, MakTominey, Çonq, Qomez, Fellayni, Sançez, Qrinvud, Mata, Linqard, Reşford, Marsial, Lukaku.


Mənbə: Manchester Evening News

0 comments