Ole: “Tottenhem” ilk ciddi sınaq olacaq”

Ole Qunner Sulşer
Paylaş:

Ole Qunnar Sulşer etiraf edib ki, “Tottenhem” ilə səfər qarşılaşması “Mançester Yunayted”in əslində onun başçılığı altında hansı vəziyyətdə olmasına cavab verəcək.

“Tottenhem” ilə “Uembli”də – ilk ciddi sınaq olacaq” – deyə Ola Qunnar Sulşer “Redinq” ilə 2-0 bitən İngiltərə Kuboku matçından sonra bildirib. Biz səbrsizliklə bu matçı gözləyirik, çünki bu mənə ən yaxşı oğlanlara qarşı oyunda hansı vəziyyətdə olduğumuz haqqında məlumat verəcək. Aydındır ki, biz heç də dördüncü, beşinci və ya altıncı pillə ilə bağlı söz-söhbətlərdən xoşbəxt deyilik. Bir ya iki ilə klub mütləq turnir cədvəlinin yuxarı pilləsində olmaq üçün irəliləməlidir”.

“Yunayted”də məşqçilik karyerasının başlanğıcı güclü olmayan rəqiblərlə qarşılaşdığına görə daha asan olması ilə bağlı suala Sulşer belə cavab verib: “Siz ilk oyundaca “Kardiff”lə qarşılaşırsız, orada isə heç vaxt asan olmur. Daha sonra isə hamı düşünür ki, evdə “Bornmut” və “Haddersfild”i mütləq udacayıq. Bu oyunlar heç vaxt asan olmayıb. Belə oyunlarda biz əvvəllər xal itirirdik, inanın mənə Premyer Liqada asan oyun olmur. “Nyukasl”a gəldikdə isə – biz işimizi peşəkarcasına gördük. Bu gün də bizə asan olmadı, heyətdə doqquz dəyişiklik edəndə asan olmur, amma buna baxmayaraq, yenə qələbə qazandıq”.


Mənbə: Sky Sports

0 comments