Mata VAR sistemini qiymətləndirib

Xuan Mata
Paylaş:

“Mançester Yunayted”in “Redinq” üzərindəki qələbədən sonra Xuan Mata ümid edib ki, gələcəkdə video köməkçi sistemi (VAR) vasitəsilə verilən hakim qərarları daha tez zaman müddətində baş tutacaq.

Baş hakim Stüart Attuell “Old Trafford”da İngiltərə Kuboku çərçivəsində baş tutan oyunun ilk hissəsində VAR sistemindən istifadə etmişdi, hansı ki, Mata “Redinq”in cərimə zonasında Omar Riçardson tərəfindən yerə yıxılmışdı.

Penalti üçün verilən qərara iki dəqiqə beş saniyə vaxt getdi və Mata ümid edir ki, gələcəkdə bu prosedur üçün vaxt azalacaq.

“Mənə tam aydın idi ki, mənə qarşı qayda pozulmuşdu, əks halda irəliləyəcəkdim, amma penalti qərarı adi vaxtdan fərqli olaraq daha uzun çəkdi. Ümid edirəm ki, gələcəkdə bu daha tez bir müddətə baş verəcək, amma qərarın özü mənə görə doğru idi və bizim üçün vacib idi, çünki onun sayəsində qol vura bildik”.

“Nyukasl” ilə oyundan fərqli olaraq “Yunayted” bu dəfə meydana doqquz dəyişiklik etməklə çıxmışdı, hansı ki, bu Ole Qunnar Sulşerin baş məşqçi vəzifəsinə təyinatından sonra baş tutan dörd oyun kimi asan olmadı.

“Mən düşünmürəm ki, bu oyunu çox uzun müddət yadımızda saxlayacayıq, biz heç də yaxşı oynamadıq, özümüzü topla rahat hiss edə bilmirdik. “Redinq”i alqışlamaq lazımdır, onlar əla oynadılar, onların yeni baş məşqçisi var və xoşagəlimli istiqamətdə futbol oynayırlar. Ona görə də onlara alqış düşür, amma biz yolumuza davam edirik, fasiləyə qədər iki qol vurduq və çox vacib idi ki, qələbə seriyasını davam etdirdik”.


Mənbə: Manchester Evening News

0 comments