Poqba zədə səbəbindən Dubaya yollanmayıb

Pol Poqba
Paylaş:

Pol Poqba “Mançester Yunayted”dən olan komanda yoldaşları ilə birlikdə Dubaya ayağındakı zədə səbəbi ilə yollanmayıb, amma klub onun tezliklə heyətə qatılmasına ümid edir.

Fransız yarımmüdafiəçi keçən həftə “Nyukasl” ilə səfər oyununda ev sahiblərinin futbolçusu Conco Şelvi ilə toqquşmadan sonra zədə almışdı, amma “sağsağanlar”ın yarımmüdafiəçi hakim təhlükəli oyuna görə cəzalandırılmamışdı.

Klubun bəyanatında deyilir: “Pol Poqba “Nyukasl” ilə oyunda aldığı zərbədən sonra hələ tam bərpa olunmayıb və müalicə kursu alması üçün Mançesterdə qalıb, amma tezliklə “Tottenhem” ilə oyuna hazırlaşmaq üçün Dubayda olan “Mançester Yunayted”dən olan komanda yoldaşlarına qoşulacaq. Heyət Dubaya şənbə günü İngiltərə Kubokunda “Redinq” üzərində qazanılan 2-0 hesablı qələbədən sonra növbəti oyunun hazırlıqları üçün yollanıb, hansı ki, bu bazar, 13 yanvar “Uembli”də “Tottenhem”lı qarşılaşacaq”.

Baş məşqçi vəzifəsinin icra edən Ole Qunnar Sulşer “Tottenhem”i səfərdə məğlub etməklə qələbə seriyasını altıya çatdırmağı ümid edir.


Mənbə: The Guardian

0 comments