Sulşer komandanın vəziyyəti haqqında

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer Dubay toplantısında iştirak etməyən Markos Roho və Fredin üzrlü səbəblərini açıqlayıb, həmçinin, bildirib ki, Pol Poqba Birləşmiş Ərəb Əmirliklərinə bazar ertəsi gəlib.

“Markos hazırda evindədir, onun zədəsinin bərpası biz gözlədiyimizdən də çoz uzun müddət çəkəcək. Fred övladının dünyaya gəlməsini gözləyir, Pol Poqba isə son oyunlarımızın birində ayağından aldığı zərbə səbəbindən bazada qalıb müalicə olunmağa ehtiyacı vardı”.

Kris Smollinqin bərpa prosesi hələ də davam edir, amma komandanın məşqlərində iştirak edir. “Tottenhem” ilə oyunda iştirak etmnəsi isə hələ məlum deyil. Erik Bayi bu bazar günü “Uembli”dəki oyunda dəqiq iştirak etməyəcək, çünki hələ də üç oyunluq diskvalifikasiyası davam edir.


Mənbə: manutd.com

0 comments