Ole: “Arsenal” əla püşk oldu”

Ole Qunner Sulşer
Paylaş:

Ole Qunnar Sulşer İngiltərə Kubokun püşünü dəyərləndirib, hansı ki, “Mançester Yunayted”i bu ay səfərdə “Arsenal” ilə oyun gözləyir.

“Fantastik püşk idi! Bizə belə oyunlar lazımdır. Bu oyunçulara böyük oyunlar lazımdır, ciddi çağırışlar lazımdır”.

“İndi hamı deyir ki, biz ilk beş oyunumuzda qələbə qazanmışıq, amma rəqiblərimiz top-klublar deyildilər. İstənilən halda biz hər bir rəqiblə qələbə üçün mübarizə aparacayıq. Özünü sınamaq və növbəti mərhələyə çıxmaq üçün bizə məhz belə oyunlar lazımdır. Əgər İngiltərə Kubokunu qazanmaq istəyirsinizsə, hamını məğlub etməlisiz”.

“Kubokda ən yaxşı xatirələrimdən biri 1999-cu ildə “Villa Park”da “Arsenal” ilə oyundur, hansı ki, Peter Şmeyhel oyunun sonlarında penaltini qaytara bildi, daha sonra Giqqz həmin o ağlasığmaz qolu vurdu”.

“Əgər həmin vaxt onlar bizi məğlub etsəydilər, Şmeyhel həmin penaltini götürə bilməsəydi, mən fikirləşirəm ki, onlar çempionatda bizə çatacaqdılar və dubl edərdilər. Ona görə də həmin seyv bizim Treblimizin katalizatoru oldu”.


Mənbə: manutd.com

0 comments