Pep: “Sulşerin komandası yaxşı oynayır”

Pep Qvardiola
Paylaş:

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”in Ole Qunnar Sulşerin rəhbərliyi ilə əldə etdiyi nəticələrə fikirini bildirib.

“O, bütün oyunlarında qələbə qazanıb. Sulşer gənc məşqçidir, hansı ki, əla nəticələr əldə edir. Mən onların oyunlarından bir neçə dəqiqəsini izləmişəm və onlar yaxşı oynayırdılar”.

“Amma rəqiblərimiz haqqında danışmaq mənim işim deyil. Bizi “Vulverhempton”a qarşı ağır oyun gözləyir və bütün diqqətlərimiz həmin oyundadır”.

Xatırladaq ki, mövsümün ikinci Mançester derbisi 16 mart tarixində baş tutacaq. Birinci oyun, hansı ki, Qvardiola “Yunayted”in keçmiş baş məşqçisi Joze Mourinyoya qarşı keçirmişdi, “mavilər”in 3-1 hesablı qələbəsi ilə yekunlaşmışdı.


Mənbə:  Manchester Evening News

0 comments