“Yunayted” Pereyranı icarədən geri qaytarıb

Joel Kaştru Pereyra
Paylaş:

The Dail Mail xəbər verir ki, “Mançester Yunayted” qapıçısı Joel Kaştru Pereyranı icarə əsasında çıxış etdiyi “Vitoria Setubal”dan geri qaytarıb.

22 yaşlı qapıçı mövsümün birinci hissəsində 10 oyunda iştirak edib, amma “Old Trafford”da öz oyunçuları üçün daha çox oyun praktikasına ümid edirdilər və bu səbəbdən icarəni yarımçıq saxlamaq qəqrarını veriblər.

“Vitoria” klubda olduğu müddətdə göstərdiyi sadiqliyə və peşəkarlığa görə minnətdarlığını bildirir və həmçinin, əməkdaşlığa görə “Mançester Yunayted”ə də təşəkkürünü bildirir” – “Vitoria Setubal” rəsmi saytı vasitəsilə yayımladığı bəyanatda bildirib.

The Daily Mail əlavə edib ki, Pereyra yenidən icarəyə veriləcək. Pereyra üçün bir neçə ingilis klubu maraqlanır, amma “Redinq” favorit göstərilir, hansı ki, dekabrın sonlarından Pereyranın həmyerlisi Jose Manuel Qomeş klubun baş məşqçi vəzifəsinə dəvət edilib.


Mənbə: The Daily Mail

0 comments