Sky: “Errera klubla danışıqlar aparır”

Ander Errera
Paylaş:

Sky Sports xəbər verir ki, Ander Errera “Mançester Yunayted” ilə yeni müqavilə üçün danışıqları davam etdirir, baxmayaraq ki, ispan yarımmüdafiəçi ilə “Atletik Bilbao” da maraqlanır.

Mövsümün sonunda “Yunayted” ilə müqaviləsi bitən Errera yanvarın birindən etibarən istənilən klubla danışıqlar aparmaq hüququnu əldə edib, amma yarımmüdafiəçi “Mançester Yunayted”in təklif edəcəyi yeni müqaviləni müzakirə etmək istəyir.

Keçən il klub Ander Erreranın hazırkı müqaviləsini razılaşdırılmış bəndə əsasən bir il uzatdı və hazırda müvəqqəti baş məşqçi Ole Qunnar Sulşerin rəhbərliyi altında “Old Trafford”dakı vəziyyətindən narazı deyil.

Errera “Yunayted”ə 2014-cü ilin yayında “Atletik Bilbao”dan keçmişdi və hmin vaxtdan 177 oyunda iştirak edib, 19 qola imza atıb.

Bu həftə Bilbao təmsilçisinin idman direktoru Rafael Alkorta təsdiqləyib ki, La Liqa klubu 29 yaşlı keçmiş  oyunçusunun geri qayıdışından maraqlıdır.

Xatırladaq ki, “Atletik Bilbao” hazırda La Liqada əsas liqada qalmaq uğrundan mübarizə aparır. 17-ci pillədə olan komandanı düşmə zonasından cəmi iki xal ayırır.


Mənbə:  Sky Sports

0 comments