Paylaş:

Mançester Yunayted - Bayern Münhen

Çempionlar Liqası – ¼ Final
Stadion: “Old Trafford”, Mançester
Tarix: 01 Aprel 2014
Saat: 23:45
TV: AzTV, NTV Plus, İdman Azərbaycan
Oyunun baş hakimi: Karles Belasko Karbalo (İspaniya) – Bu mövsüm bütün turnirlərdə 9 oyun idarə edib, 44 sarı, 1 qırmızı kart göstərib

Görüşə dair statistika

Komandalar ümumilikdə, 9 dəfə qarşılaşıb, bunlardan:
– “Mançester Yunayted” 2 dəfə qalib gəlib.
– “Bayern Münhen” 3 dəfə qalib gəlib.
– 4 dəfə isə görüş bərabərə yekunlaşıb.
Görüşlərdə “Mançester Yunayted” 11 dəfə, “Bayern Münhen” isə 12 dəfə fərqlənə bilib.

“Mançester Yunayted” alman klublarına qarşı 27 dəfə oynayıb, 14 dəfə qələbə qazanıb, 6 dəfə məğlub olub, 7 dəfə isə matç bərabərə yekunlaşıb. Qol fərqi: 49-28.

“Bayern Münhen” isə ingilis klublarına qarşı 43 dəfə oynayıb, 15 qələbə, 13 məğlubiyyət, 15 dəfə isə oyunu bərabərə sonlandırıb. Qol Fərqi: 65-54

Rəqiblərin sonuncu qarşılaşması: “Mançester Yunayted” 3-2 “Bayern Münhen”, 7 aprel 2010
Qollar: Gibson (3), Nani (7), (41) – Olic (43), Robben (74)

0 comments