“Mölde”də Sulşerin mayda qayıdacağına inanırlar

Ole Qunnar Sulşer
Paylaş:

“Mölde”nin icraçı direktoru Eysteyn Nirland bildirib ki, hal-hazırda norveçlilər Ole Qunnar Sulşerin gələn mövsüm də “Mançester Yunayted”də qalmaq variantını nəzərdən keçirmirlər.

“Müqavilə 12 maya qədər nəzərdə tutulub. Bu bizim A və B planımızdır, C planımız hələ ki, yoxdur. Biz “Yunayted” ilə yanvardan maya qədər olan dövr üçün razılıq əldə etdik və başqa heç nə haqqında danışıqlar olmadı. Buna görə də əldə olunan razılığa riayət edirəm. Məncə Ola mayda geri qayıdacaq. Mən belə fikirləşirəm”.


Mənbə: Daily Mail

0 comments