Ole: “Reşford top-səviyyəyə çatacaq”

Markus Reşford
Paylaş:

Ole Qunnar Sulşer hesab edir ki, Markus Reşford “Tottenhem”in hücumçusu Harri Keyndən heç də az istedada sahib deyil.

“Markus yüksək səviyyəli hücumçu ola bilər. Biz Keyn və onun səviyyəsi haqqında danışa bilərik, amma mən əminəm ki, istedadına görə Reşford minimum onun səviyyəsinə qədər yüksələ bilər”.

“Onun sadəcə qorxunc sürəti var və indi o, güclü olub və topu da özündə saxlaya bilir. Onunla işləmək çox maraqlıdır”.

Ole, həmçinin, Maurisio Poçettino ilə tanışlığının təəssüratlarından da danışıb.

“Biz cəmi bir dəfə görüşmüşük. Onunla danışmaq çox xoşdur və biz yaxşı söhbət etdik. Çox güman ki, o, yaxşı insandır, necə ki, yaxşı da məşqçidir, amma siz onu yaxşı tanıyanlardan soruşsaz yaxşı olar. Amma ilk baxışdan insanda sizə danışdığım təəssüratı yaradır”.

“Maurisionun yaxşı oyunçuları var və bu cəhətdən biz oxşarıq. Əgər sizin yaxşı oyunçularınız varsa, hücum futbolu oynamaq asandır, onların komandasında isə çoxlu sayda yaxşı oyunçular var”.


Mənbə: Sky Sports

0 comments