Sulşer “Tottenhem”lə oyundan sonra

Ole Qunnar Sulşer
Paylaş:

Ole Qunnar Sulşer “Tottenhem” üzərində qazanılan 1-0 hesablı qələbədən sonra komandasını müdafiədəki oyununa görə alqışlayıb.

Markus Reşfordun ilk hissədə Pol Poqbanın ideal ötürməsindən sonra vurduğu qol və David De Heanın möhtəşəm seyvləri nəticəsində Sulşerin komandası ardıcıl altıncı qələbəsini qazandı.

BİZİM TAKTİKİ PLANIMIZ İŞƏ YARADI

“Biz sürətlə, cəld hücum edirdik. Əlbəttə, qol Reşford tərəfindən əla reallaşdırıldı, amma Cessi müdafiədəki işi ilə və Poqba ötürməsi ilə qolun yarısını yaratdılar. Qol göstərdi ki, mən niyə Marsial və Reşfordu Linqardın kənarlarında oynatdım, çünki Cessi hamıdan daha çox digər futbolçularla anlaşır və o, müdafiəyə də gələ bilir, həmin vaxt isə Reş və Antoni daha çox rəqibin qapısına yaxın oynayırlar. Ona görə də biz belə plan qurduq və işə yaradı. Biz bunun üzərində bir həftə ərzində işlədik. Biz rəqibin oyununu görmüşdük və fikirləşdik ki, bu yaxşı plandır və müxtəlif komandalarla oyunda müxtəlif variantlardan istifadə etməyə icazə verir. Mən fikirləşirəm ki, biz istənilən komanda ilə mübararizə apara biləcəyimizi göstərə bildik, xüsusilə də, fikirləşirəm ki, ilk hissədə yaxşı oynadıq. İkinci hissədə  iki ya üç qol vurmağa şansımız oldu, ona görə də bu bir komandanın oyunu deyildi, baxmayaraq ki, onlar bizə təzyiq göstərirdilər. Mən razıyam. Mən uşaqlara dedim ki, özünüzlə fəxr edə bilərsiz, çünki onlar ilk hissədə planı ideal şəkildə yerinə yetirdilər”.

DE HEANIN QƏHRƏMANLIĞI HAQQINDA

“David fantastik oyun göstərdi. Aydındır ki, sən 11 seyv edirsənsə, onda bu yüksək səviyyəli çıxışdır, amma mən yenə də hesab edir ki, onlardan biri ya iki əla seyv idi, digərləri ilə David kimi qapıçı üçün gözlənilən idi. O, dünyanın ən yaxşı qapıçısıdır, mən bunu dəfələrlə demişəm. Hər şey düzgün mövqe tutmaq və konsentrasiya bacarığından asılıdır. Ola bilsin ki, bir ya iki zərbəni geri qaytarmaq mümkün deyildi, amma o, bunları qaytardı, çünki oyuna maksimum dərəcədə hazır idi. O, oyunu izləyidi və hər zaman hərəkətdə idi”.

MÜDAFİƏDƏ KOMANDA OYUNU HAQQINDA

“Biz komanda kimi yaxşı müdafiə olunurduq. Viktor və Fil müdafiənin mərkəsində əla oynadılar. Əgər sən Harri Keynə qarşı oynayırsansa, sənə heç vaxt asan olmur, onlar Lorenteni meydana buraxandan sonra isə Nemanya Matiç və Ander Erreranın müdafiənin önündəki köməkliyi ilə yaxşı müdafiə olunduq. Bu, müdadfiədə tam komanda oyunu idi”.

REŞFORDUN QOLU HAQQINDA

“Nə fikirləşdiyimi sizə deyəcəm: zərbə anına çıxanda mən yaxın küncü fikirləşirdim. Güclü zərbə ilə yaxın küncün tirin altından vur! Amma bu əla sonluq idi. Bunu etmək çox çətin idi. Top sizin ayağınıza düşürsə, onu əks istiqamətə çevirə bilərsiz, amma bu zərbə tamamilə düz istiqamətdə getdi. Bu, fantastik sonluq idi və sübut etdi ki, praktika oyuna necə mükəmməllik gətirə bilər, çünki son zamanlar həmin mövqedə oynamağı özündə tətbiq edir. Əgər 21 yaşında sən “Mançester Yunayted”də oynayırsansa və belə qollar vurursansa, əlbəttə, özünü inamlı hiss edəcəksən. O, özünü inamlı hiss etməyi haqq edir, çünki hazırda özü üçün maksimum səviyyədə çıxış edir”.

İRƏLİYƏ BAXMAQ LAZIMDIR

“Mən bilirəm nə üçün buradayam. Siz bilirsiz ki, mənim işim bir neçə aylıq nəzərdə tutulub və mən sadəcə nə bacarıramsa onu etməyə çalışıram ki, kluba və komandaya kömək edim. Bu gün evimizə üç xalla qayıdırıq. “Mançester Yunayted” kimi klubdan hər oyundan qələbə gözləmək lazımdır. amma, əlbəttə ki, biz bir gün möhkəm kərpiclə üzləşəcəyik və məğlub olacayıq. Amma biz bu oyunu udduq və indi bizi “Brayton” ilə oyun gözləyir. Bu üç xal qazanmaq üçün növbəti şansdır. Bizə turnir cədvəlinin zirvəsinə baxmaq lazımdır, çünki orada elə komandalar var ki, onlara çatmaq lazımdır. Biz əla formadayıq. Belə oyunla, komanda ruhu ilə əminik ki, istənilən oyunu uda bilərik”.


Mənbə: manutd.com

0 comments