Sulşer oyunçulara yeni qayda qoyub

Ole Qunnar Sulşer
Paylaş:

The Daily Mail xəbər verir ki, Ole Qunnar Sulşer oyunçulara bundan sonra bütün oyunlar zamanı stadionlara klubun rəsmi kostyumunda gəlməlidirlər.

“Mançester Yunayted”in ulduzlarına hələ də oyunlara klubun idman dəstlərində getməsinə icazə verilir, necə ki, bunu Uotforda gedəndə etdilər və ordan da “Tottenhem” ilə oyun üçün Londona yollandılar. Futbolçular 24 saat sonra “Uembli”yə çatdıqda isə artıq klubun rəsmi kostyumlarında idilər.

Bu dress-kod bir çox qaydalardan yalnız biridir, hansı ki, Sulşer ser Aleks Ferqyusondan götürüb. Ser Aleks Londanda baş tutan oyuna yollanmamışdan öncə şənbə günü növbəti dəfə “Mançester Yunayted”in Karrinqtondakı məşqinə gəlmişdi.

45 yaşlı norveçli baş məşqçi bu qaydanı çalışdırdığı “Mölde” klubunda da tətbiq etmişdi. O, “Mançester Yunayted”in futbolçularının geyim üçün yeni qaydalar haqqında məlumatı komandanın Dubay toplantısında bildirmişdi.

“Dubayda bizim düzgün taktika seçmək və bir neçə prinsipləri müəyyənləşdirmək üçün vaxtımız oldu” – “Tottenhem” ilə oyundan öncə Sulşer bildirmişdi.


Mənbə: Daily Mail

0 comments